ELM VƏ TƏHSİL
Şəkidə 15 May Beynəlxalq Ailə gününə həsr edilmiş tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edimiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illərə dair Fəaliyyət Planı”nın 5.4.5-ci – uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin görülməsi bəndinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 15 may 2023-cü il tarixdə Şəki Şəhər 17 nömrəli tam orta məktəbdə 15 May Beynəlxalq Ailə gününə həsr edilmiş “Mənim ailəm mənim yenilməz qalamdır” adlı şəhər tədbiri keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki Sektorluğunun əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid anaları, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ailə və ailə dəyərlərinin əhəmiyyətindən, milli-mənəvi dəyərlərimizdən danışmış, şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirmiş, videoçarxlar və şagirdlərin iştirakı ilə səhnəciklər nümayiş etdirilib.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
ADPU-nun Şəki filialında növbəti praktik seminar təşkil olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti praktik seminar təşkil olunub.
ShekiMedia.az xəbər verir ki, seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və birliyin üzvləri iştirak ediblər. “Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası” mövzusuna həsr olunmuş praktik seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ikinci tədris ili tələbələri Günel İbrahimli və Aişə Əlibəyovanın təqdimatında diqqət əskikliyi və hiperaktivlik pozuntusunun əlamətləri, yaranma səbəbləri və müalicəsi haqqında ətraflı məlumat verilib. Tələbələr 3 yaşdan 12 yaşa qədər diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan uşaqlarla aparılan korreksiya məşğələ nümunələri təqdim edib, bir neçə nümunəni praktik şəkildə tətbiq ediblər.
Sonda GPB rəhbəri Ramazanova Kəmalə tələbələrə praktik seminarın təşkilinə görə öz minnətdarlığını bildirib.
ELM VƏ TƏHSİL
DİM: 101 namizəd dövlət qulluğuna qəbul olub, 28 nəfər isə fəaliyyətini davam etdirəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirib.
DİM-dən ShekiMedia.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 324 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 11 nəfər, AC2 altqrupu üzrə 17 nəfər, AC3 altqrupu üzrə 29 nəfər, AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 51 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.