Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Fevralın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin, Şəki Elektrik Şəbəkəsinin məsul şəxsləri, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində çalışan şəxslər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində Azərişıq” ASC tərəfindən görülən genişmiqyaslı işlərdən söz açıb, bu sahədə çalışanları yubiley münasibətilə təbrik edib.

Tədbirdə “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin istismar üzrə rəis müavini Nüsrət Əmikişiyev, Şəki Elektrik Şəbəkəsinin rəisi Söhrab Xəlilov çıxış ediblər.

Sonda rayonda istehlakçıların elektrik enerjisi ilə təchizatı sahəsində səmərəli fəaliyyətinə və  xüsusi xidmətlərinə görə fərqlənən bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

2aa54a6843e9e7c40ac753445e4bd2f4-e1739301844151 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

2ad8a21d2523ef27aa33e52335654b33-e1739301853281 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

2e4aa8373b9778515fd4757cacb9873c-e1739301861345 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

4cd3b21720d8278846c059be73df6e57-e1739301869254 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

5de41afe8a1ba2673d90bed40e6dc65f-e1739301878589 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

10dbc222336d9c810aa2f8dda226ed07-e1739301886917 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

acd5893657c6d36084bd90cf07913651-e1739301904902 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

f1da5e9f3bcf07fbf97473fd284e6b35-e1739301911660 Şəkidə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR