Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub – FOTOLAR
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının fevralın 10-da təntənəli bağlanış konserti keçirilib.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının və ansamblın solisti Əməkdar artist Emil Əfrasiyabın ifasında səslənən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri, kinofilmlərdən musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beləliklə, “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.