Qəbələ rayonunun ümumtəhsil müəssisələrində Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib – FOTOLAR
14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər-mühazirə, seminar və “dəyirmi masa”lar keçirilib, kitab bağışlama aksiyaları təşkil olunub.
ShekiMedia.az xəbər verir ki, tədbirlərdə rayon təhsil sektorunun əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər. Şagirdlərin mütaliəyə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşdirilməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsi, həmçinin kitabları paylaşma mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib və onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirlərdə şagirdlər və müəllimlər biri-birilərinə kitab hədiyyə ediblər.