Millimiz Avropada liderliyi ələ keçirib

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

 Həm qadınların, həm də kişilərin sıralamasında ölkəmiz birinci yerdə qərarlaşıb (qadınlar – 75 xal, kişilər – 90 xal).

Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.

Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.