Qaxda 75 metrlik şəlalə donub – FOTOLAR

Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb.

ShekiMedia.az “Report”a istinadən xəbər verir ki, ərazidə temperaturun -15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donması ilə nəticələnib.

Donaraq cazibədar görüntüyə səbəb olan Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən iki kilometrdir.

Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, şəlaləyə yalnız “UAZ” və “Niva” markalı avtomobillərlə getmək mümkündür.

Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir.

0fbc31bc-1a20-3958-914c-57011d0c1124-e1739947113737 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

1be48119-3892-3d7a-9bcd-dc947f855bc0-e1739947123838 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

22a83fa9-8f6f-39a8-8890-2c105dc47053-e1739947132969 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

ae4780d6-7246-36c2-bbdd-ff1b6df9478d-e1739947140146 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

c6f97136-7b11-3333-9e4a-09d8e4c3dc94-e1739947149402 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

de866aba-7859-3c03-aa49-b1bed21b19e1-e1739947157520 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR

ed150d26-d917-321a-845b-bb82b437a96b-e1739947165414 Qaxda 75 metrlik şəlalə donub - FOTOLAR