Akademik İsa Həbibbəyli: Milli Elmlər Akademiyası dövlətimizin əsas azərbaycanşünaslıq mərkəzlərindən biridir

Bütün tarixi mərhələlərdə Azərbaycan Elmlər Akademiyası həmişə Azərbaycan dövlətçiliyinin, ana dilimizin – dövlət dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və incəsənətimizin keşiyində dayanıb, azərbaycanşünaslıq mərkəzi funksiyasını yerinə yetirib. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə fundamental elmin beşiyi və yaradıcısıdır.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də AMEA-nın Ümumi yığıncağında söyləyib. AMEA rəhbəri deyib: “Fundamental elm ölkəmizin elmi sərvəti olmaqla yanaşı, həmçinin tətbiqi elmlər üçün ideyaların, proqnozların, təkliflərin mənbəyi, mənşəyidir. Bunsuz ümumiyyətlə elmi, o cümlədən də Azərbaycan elmini təsəvvür etmək olmaz. Bu gün də Milli Elmlər Akademiyası müstəqil Azərbaycan dövlətinin əsas azərbaycanşünaslıq mərkəzlərindən biridir”.

Previous post

Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının nəticələrinə dair Bakı Bəyannaməsi qəbul olunub

Next post

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2023-cü il 24 iyul tarixli 2242 nömrəli və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı