Bahar Muradova: Məqsədimiz təhsilin müxtəlif sahələrində qızlarla oğlanların bərabər iştirakına dəstək olmaqdır

İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı Dövlət Universiteti ilə birgə reallaşdırılan bugünkü tədbirdə hər iki qurum arasında gələcək əməkdaşlığı nəzərdə tutulan bir sənəd imzalanıb.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində söyləyib.

Komitə sədri bildirib ki, sənədin mahiyyəti iki qurumun fəaliyyət istiqaməti olaraq birgə layihələri icra etmək, xüsusilə də təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı səyləri birləşdirmək, o cümlədən təhsilin müxtəlif sahələrində bərabər təmsilçiliyin və mütəxəssis hazırlığının gedişində qızlarla oğlanların bərabər iştirakçılığına töhfə verməkdir: “Mövcud vəziyyətin dəyərləndirilməsi bu və ya digər problemlərin aradan qaldırılması yollarının araşdırılması, aradan qaldırılması və müvafiq qurumlara tövsiyə verilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Qeyd edilən bu məsələlərin həllinə böyük ehtiyac var və bu dünyada gedən ciddi dəyişikliklərlə bağlıdır. Bu baxımdan, Azərbaycan ailəsi, milli dəyərlərimizin qorunması qarşımızda duran çox vacib məqsədlər uğrunda fəaliyyətdə bu dəyərlərin rəhbər tutulması məsələsini gündəmdə saxlamaq, onu qorumağın yollarını birgə düşünmək və onun elmi əsaslarını müəyyən etmək, lazım gəldikdə isə bu və ya digər dövlət proqramının imzalanması və reallaşması prosesində bir əsas kimi rol oynamasını təşviq etməkdir”.

Previous post

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2023-cü il 24 iyul tarixli 2242 nömrəli və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Next post

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu