Bizə qoşulun

QAX

Qaxda Beynəlxalq Ailə Günü qeyd edilib

15 may 2024-cü il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə rayonda keçirilən sil-silə tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, YAP fəalları, şəhid və qazi ailələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimaİ-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 30 ildir bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda, ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır.  Vurğulamışdır ki, Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Bildirmişdir ki, görkəmli dövlət xadiminin ailə siyasəti Azərbaycanda bu gün də onun layiqli davamçısı cənab prezident tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə Gününün qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür.

Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.

Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə rayonumuzda da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.

Tədbirdə çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışmış, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və  xoşbəxt olmasından bəhs ediblər.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

QAX

Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.

Dövlət Qulluqçularının Peşə bayramı Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Bu münasibətlə rayon İcra Hakimiyyətində tədir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşklatlarında çalışan dövlət qulluqçuları iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək bildirib ki, dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə və yeni çağırışlara uyğun olaraq ölkəmizdə milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

M.Şəkiliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açmış, keçirilən islahatların ən bariz nümunəsinin dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 21 iyul 2000-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini nəzərə çatdırmışdır. RİH başçısı bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğunu, bu sahədə kadr siyasətinin əsas prinsiplərinin, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirildiyini bildirib.

Bu uğurlu siyasətin bu gün də Ulu öndərin layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan RİH başçısı, bu gün ölkəmizdə həyata keçirilən islahatların səmərəliyini daha da artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmasını bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olunub.

Həmçinin ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif edilib.

Sevindirici haldır ki, təltif olunanlar arasında rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı da yer alır.

Cənab Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qumuxov Elsevər Əsgər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

     
Davamına bax

QAX

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar.

İyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Hazırda aidiyyəti qurumlar tərəfindən onların axtarışları davam etdirilir./report

     
Davamına bax

CƏMİYYƏT

Qaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.

Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır./report

     
Davamına bax

Facebook

MANŞET10 saat

Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul CƏDVƏLİ

CƏMİYYƏT16 saat

Sabahın HAVA PROQNOZU – 28.06.2024

CƏMİYYƏT17 saat

Məhkumlara pulsuz hüquqi yardım göstərilməsinə başlanılıb

RƏSMİ XRONİKA18 saat

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib

RƏSMİ XRONİKA18 saat

Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib

ANA SƏHİFƏ18 saat

Bakıda beynəlxalq ekoloji forum keçirilir

RƏSMİ XRONİKA19 saat

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib

SİYASƏT19 saat

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır

CƏMİYYƏT19 saat

Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA

XƏBƏRLƏR19 saat

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

XƏBƏRLƏR20 saat

DİN: Bakıda qətldə şübhəli bilinən şəxsi tərksilah edən mülki geyimdə olan polis əməkdaşıdır

İQTİSADİYYAT20 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.06.2024)

XƏBƏRLƏR20 saat

Laçında yabanı halda bitən çətənə bitkiləri yandırılıb

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 27.06.2024

İDMAN1 gün

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub

HƏRBİ1 gün

Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

CƏMİYYƏT1 gün

Zaqatalada avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb

BALAKƏN1 gün

Balakən, Zaqatala, Şəki və Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

İDMAN1 gün

Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq

HƏRBİ1 gün

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

İDMAN1 gün

“Sabah” klubunun loqosu yenilənib

İDMAN1 gün

Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

İDMAN2 gün

“Qəbələ” daha bir futbolçunu heyətinə qatıb

İQTİSADİYYAT2 gün

Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək

İDMAN2 gün

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

XARİCİ XƏBƏRLƏR2 gün

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

XƏBƏRLƏR2 gün

Biləsuvarda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

CƏMİYYƏT2 gün

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

HƏRBİ2 gün

Zakir Həsənov italiyalı həmkarını “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib

XƏBƏRLƏR2 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

İDMAN2 gün

“Qəbələ” heyətinə yeni futbolçu qatıb

SİYASƏT2 gün

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

CƏMİYYƏT2 gün

Şuşada 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunub

ŞƏKİ2 gün

Şəkidə 38 yaşlı kişinin meyiti tapılıb

HƏRBİ2 gün

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT2 gün

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

MANŞET2 gün

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edilib

ŞƏKİ2 gün

Şəkidə güclü külək irigövdəli ağacları və dirəkləri aşırtdı

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 20.06.2024

RƏSMİ XRONİKA2 gün

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

XƏBƏRLƏR19 saat

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ1 gün

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ2 gün

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT4 gün

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ5 gün

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL5 gün

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ7 gün

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR1 həftə

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL2 həftə

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR2 həftə

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ2 həftə

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL2 həftə

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT3 həftə

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ3 həftə

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ3 həftə

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR3 həftə

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ3 həftə

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL3 həftə

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT4 həftə

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ4 həftə

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT4 həftə

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ4 həftə

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ1 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ1 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ1 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT1 ay

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT1 ay

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ1 ay

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL1 ay

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ1 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ1 ay

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ1 ay

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

SİYASƏT1 ay

Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar

CƏMİYYƏT1 ay

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO

XƏBƏRLƏR1 ay

Culfada top mərmisi tapılıb

BALAKƏN1 ay

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

CƏMİYYƏT1 ay

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT1 ay

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR1 ay

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

TREND