ANA SƏHİFƏ
Tacikistan Mədəniyyəti Günləri başa çatıb
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 19-dan 23-dək keçirilən Tacikistan Mədəniyyəti Günləri sona çatıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mədəniyyət günlərinin sonuncu günündə – mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Tacikistan və Azərbaycan dostluğu” adlı geniş konsert proqramı təqdim olunub.
Musiqili axşamın tamaşaçıları arasında Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen, Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar olub.
Konsertdə Tacikistanın Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”, “Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış ediblər.
Xatırladaq ki, tədbir çərçivəsində Tacikistan incəsənət ustalarının qala-konserti ilə yanaşı, tacik kinosu günləri və bu ölkənin rəssamlarının əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi təşkil edilib.
Digər xəbərlərə də bax
ANA SƏHİFƏ
Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və Azərbaycanın digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən “TEKNOFEST 2024” texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komanda müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.
MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin “B” kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı “Xilaskar” pilotsuz uçuş aparatı da nümayiş olunub.
ANA SƏHİFƏ
Bakıda beynəlxalq ekoloji forum keçirilir
Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı beynəlxalq forum keçirilir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, forumun əsas məqsədi tullantıların “qapalı zəncir”lə idarə olunmasının təşviqidir: “Bunun üçün beynəlxalq təcrübədən də istifadə olunur. Bizim əsas prioritetlərimizdən biri “yaşıl iqtisadiyyat”a keçidlə bağlıdır. Tullantılardan yeni məhsulun alınması əsas məqsədlərdəndir. Bunun üçün regionlarda da tədbirlərin təşkili lazımdır”.
Forum iki gün davam edəcək, sonda “Sıfır tullantı: Bakı təşəbbüsü” sənədi qəbul olunacaq..
ANA SƏHİFƏ
Mərkəzi Asiya-Avropa və Çin-Avropa istiqamətlərində multimodal daşımalarının artırılması təklif edilir
Azərbaycanla Türkmənistan Mərkəzi Asiya- Avropa-Mərkəzi Asiya və Çin- Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılmasını müzakirə ediblər.
Türkmənistanda işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov Aşqabadda Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşdə müzakirələr aparılıb.
Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Mərkəzi Asiya-Avropa-Mərkəzi Asiya və Çin-Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.
Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.