XƏBƏRLƏR
Azərbaycan nümayəndə heyəti Avropa Badminton Konfederasiyasının toplantısında iştirak edib
Azərbaycanı təmsil edən nümayəndə heyəti ötən həftəsonu Avropa Badminton Konfederasiyasının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən illik toplantısında iştirak edib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Avropanın 44 ölkəsinin yerli badminton federasiyalarının rəhbər şəxsləri 2025-2028-ci illər üçün badmintonun strateji inkişaf planını müzakirə ediblər.
Toplantı zamanı badmintonun yalnız Avropanın deyil, dünya üzrə futboldan sonra ikinci ən populyar idman növü olduğu vurğulanıb. Son statistik məlumatlara görə, dünya üzrə 865 milyondan çox insan bu idman növü ilə məşğul olur və badminton ulduzları dünyanın ən bahalı idmançıları arasında yer alırlar. Aparılan statistik göstəricilərə görə qarşıdakı illərdə badminton oynayanların sayının 1 milyarda çatması gözlənilir.
Toplantı çərçivəsində Sloveniyadan Andrej Pohar Avropa Badminton Konfederasiyasının vitse-prezidenti, Radomir Jovovic və Silvain Benain isə Direktorlar Şurasına üzv seçiliblər.
Tədbirdə iştirak edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov toplantı çərçivəsində bir sıra görüşlər keçirərək, qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.
2023-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi toplantının 2025-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilməsi qərara alınıb.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.07.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,2% azalaraq 1,8241 manat, Rusiya rublunun məzənnəsi isə 1 % azalaraq 0,0196 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8241 |
1 Rusiya rublu | 0,0196 |
1 Avstraliya dolları | 1,1293 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3004 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0925 |
100 Cənubi Koreya vonu | 0,1224 |
1 Çexiya kronu | 0,0725 |
100 Çili pesosu | 0,1798 |
1 Çin yuanı | 0,2338 |
1 Danimarka kronu | 0,2446 |
1 Gürcü larisi | 0,6078 |
1 Honq Konq dolları | 0,2176 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1477 |
100 İndoneziya rupiası | 0,0104 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1598 |
1 İsveçrə frankı | 1,8806 |
1 İsrail şekeli | 0,4519 |
1 Kanada dolları | 1,2362 |
1 Küveyt dinarı | 5,5450 |
1 Qazaxıstan tengəsi | 0,0036 |
1 Qırğızıstan somu | 0,0197 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3602 |
1 Meksika pesosu | 0,0923 |
1 Moldova leyi | 0,0954 |
1 Misir funtu | 0,0352 |
1 Norveç kronu | 0,1592 |
100 Özbək somu | 0,0135 |
1 Polşa zlotası | 0,4224 |
1 Sinqapur dolları | 1,2516 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4531 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2381 |
1 Türk lirəsi | 0,0521 |
1 Tayvan dolları | 0,0522 |
1 Tacik somonisi | 0,1594 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0418 |
100 Yapon yeni | 1,0516 |
1 Yeni Zelandiya dolları | 1,0293 |
Qızıl (1 unsiya) | 3955,9170 |
Gümüş (1 unsiya) | 49,7888 |
Platin (1 unsiya) | 1664,3765 |
Palladium (1 unsiya) | 1672,5450 |
XƏBƏRLƏR
Azərbaycan İtaliya şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib
İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.
Görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib. Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Aparıcı enerji şirkətləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən və Avropanı Afrika ilə əlaqələndirən genişmiqyaslı bərpa olunan enerji layihələri, bu “yaşıl mollekul”ların xalis sıfıra nail olunmasında rolundan danışılıb. “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri layihələrinin həyata keçirilməsi və hidrogen istehsalı-ixracı planları kontekstində şirkətin elektrik təbii qazı üzrə ölkəmizlə əməkdaşlığa marağı ifadə edilib.
XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır
İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.
Bu barədə Təhsil İnstitutundan bildirilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.