BALAKƏN
Özünü vəkil kimi təqdim edib qadınlardan pul tələb edən şəxs saxlanılıb – FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib.
Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.
S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər.
Digər xəbərlərə də bax
BALAKƏN
Balakən, Zaqatala, Şəki və Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA
İyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax, Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.
Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 mm olan dolu düşüb.
BALAKƏN
Balakəndə fərdi evə ildırım düşüb
Balakən rayonunda fərdi evi ildırım vurub.
“Report”un məlumatına görə, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.
Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.
Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.