QƏBƏLƏ
Qəbələdə 30 yaşlı kişi itkin düşüb – FOTO
Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 169 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Digər xəbərlərə də bax
İDMAN
“Qəbələ” heyətinə yeni futbolçu qatıb
Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Klubdan verilən məlumata görə, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.
Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.
ELM VƏ TƏHSİL
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.
ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Tərəqqi” medallı Məhəbbət Şirinova ömrünün 41 ilini müəllim peşəsinə həsr edib. O, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbdə çalışır. Bir neçə il sonra təqaüd yaşı tamam olacaq. Məhəbbət müəllimin qızı Günel də imtahanda yüksək bal toplayıb.
Qəbələ Rayon Təhsil Sektorundan verilən məlumata görə, riyaziyyat fənni üzrə sertifikasiya imtahanlarına 170 müəllim qatılıb və onlardan 70 nəfəri 51 və daha çox bal toplayıb. Onların arasında 17 illik pedaqoji təcrübəyə malik Məhəbbət müəllimin qızı Günel də var. O da anası qədər 57 bal toplayıb.
Günel müəllimdən öyrənirik ki, babası Nəcməddin nəinki rayonda, eləcə də respublikada tanınmış riyaziyyatçılardan olub. O, babası sayəsində bu peşəni sevib və anasından riyaziyyatın sirlərinə yiyələnib.
Ümumiyyətlə, Qəbələ şəhər 1 nömrəli məktəbdən imtahanlara 11 müəllim qatılıb və onlardan 7-si 51 baldan yuxarı nəticə göstərib.
Qəbələdə söhbətimizi tamamlayıb üz tuturuq Oğuzun Qumlaq kəndinə. Burada bizi İsrafilovlar ailəsi qarşılayır. Sitarə müəllim və oğlu Fərid də riyaziyyat fənnindən yüksək bal toplayıblar.
Otuz üç ilin riyaziyyat müəllimi olan Sitarə xanım və oğlu hələ də imtahan sualları ilə bağlı fikir mübadiləsi aparırlar. Bizimlə söhbət zamanı Sitarə müəllim dərs dediyi gənclərin xoş sorağının ölkənin müxtəlif sahələrindən gəldiyini bildirir.
Sitarə müəllimin üç övladı var – iki oğlan, bir qız. Fərid ailənin sonbeşiyi və anasının davamçısıdır. O, imtahan həyəcanını belə xatırlayır: “İmtahandan çıxanda məni həmişə anam qarşılayıb. Bu dəfə gözlərim anamı axtardı. Onu görməyəndə anladım ki, hələ imtahandan çıxmayıb. Lakin daxilən rahat idim. İnanırdım ki, anamın da nəticəsi yüksək olacaq”.
Qeyd edək ki, ölkə üzrə riyaziyyat fənnindən 13 müəllim maksimum bal toplayıb. Onlardan 3-ü Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeleyindəki məktəblərdə çalışır.
Regional Təhsil İdarəsi üzrə imtahanlarda, ümumilikdə, 720 müəllim iştirak edib və 300-ə yaxını 50-dən yüksək bal toplayıb.
CƏMİYYƏT
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Qəbələ rayonunun Laza kəndi ərazisində içərisində iki nəfər olan avtomobil çayda batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib”, – məlumatda qeyd olunub.