SƏHİYYƏ
“Respublikanski”nin 6 terapevtik şöbəsi müvəqqəti olaraq Bilgəhdəki modul tipli xəstəxanaya köçürülür
Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu səbəbdən Xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir.
Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.
Sadalanan şöbələr bütün rayonlarının və Bakı şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir. Bu səbəbdən də I korpusda (terapevtik) 8 əməliyyatxana olmaqla lazım olan bütün infrastruktur yaradılıb. Hal-hazırda gün ərzində 75-80 cərrahi əməliyyat icra olunur. Təkcə may ayı ərzində 1 212 cərrahi əməliyyat icra olunub.
Xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya, Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olmasıdır.
Görülən işlər qaydalara uyğun olaraq planlı şəkildə aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastrukturlar yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Belə olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə çatdırılacaq. Ən son müasir avadanlıqlar ilə təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub.
Digər xəbərlərə də bax
MANŞET
Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
Azərbaycanda dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla dərman vasitələrinin ekspertizasının aparılması qaydasına edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-nin Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır.
Eyni zamanda beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.
Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.
Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.
SƏHİYYƏ
Şəkidə Ürək Mərkəzi fəaliyyətə başlayıb – FOTOLAR
SƏHİYYƏ
“Sinir sistemi həftəsi” çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib
“Sinir sistemi həftəsi” çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində “Sinir sistemi həftəsi” çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.