XƏBƏRLƏR
“Azərişıq” enerji doldurma məntəqələri quraşdırır
“Azərişıq” ASC paytaxt Bakıda və ölkənin regionlarında enerji doldurma məntəqələri quraşdırır.
Səhmdar cəmiyyətindən verilən məlumata görə, işlər Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) zəruri infrastrukturunun yaradılması və həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi çərçivəsində aparılır.
Enerji doldurma məntəqələri “yaşıl enerj”i ilə dəstəklənir. “Azərişıq”ın quraşdırıdığı yüksək gücə malik sürətli, sabit cərəyanlı həmin məntəqələr elektromobilləri qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə şarj edir.
Builin mart-may aylarında paytaxtda “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin, regionlarda – Qəbələdəki 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə- Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” Rəqəmsal Yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.
“2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerji doldurma məntəqlərinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır. Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək”, – deyə məlumatda qeyd olunub.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.