TEXNOLOGİYA
Bakı–Ağstafa qatarlarının sayı artırılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artırır.
İyunun 14-dən sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək.
Bu da hər iki istiqamətdə hərəkət edən sərnişinlərin rahatlığını təmin edəcək.
Digər xəbərlərə də bax
ŞƏKİ
“Dövlət İdarəçiliyində Süni İntellekt” mövzusunda vebinar keçirilib
Sentyabrın 12-də Harvard Kennedy Məktəbinin Dövlət siyasəti üzrə professoru Mark Faganın iştirakı ilə “Dövlət idarəçiliyində süni intellekt” mövzusunda vebinar təşkil olunmuşdur.
ShekiMedia.az xəbər verir ki, vebinarda dövlət qurumlarının nümayəndələri, o cümlədən Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı iştirak etmişdir.
Vebinarda süni intellektin tətbiqi, dövlət idarəçiliyində səmərəliliyin artırılmasında rolu, bu sahədə həyata keçirilən tədbirlər və sairə məsələlər haqqında məlumat verilib və müzakirələr aparılıb.
Qeyd edək ki, dövlət idarəetməsində bacarıqların artırılması və inkişafı məqsədilə ölkəmizdə mütəmadi olaraq maarifləndirici tədbirlər, seminarlar, təlimlər keçirilir. Həmin təlimlərin dünyanın aparıcı universitetlərinin, beynəlxalq qurumların mütəxəssislərinin iştirakı ilə keçirilməsi xarici ölkələrin təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
TEXNOLOGİYA
PUA-ları saniyələr içində məhv edə bilən dünyanın ən güclü portativ lazer silahı hazırlanıb
Avstraliya Müdafiə Qüvvələrinin ilk portativ lazer silahı olan Fractl, poladı yandıra biləcək qədər güclü şüalara malikdir. Hətta Fractl, çox kiçik hədəfləri də məhv edə bilər.