MANŞET
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb
Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb.
Loqoda ölkəmizdə boksun yüksələn xətlə inkişafı və gələcək uğurların qarşıda olması sonsuzluq işarəsində öz əksini tapıb.
Bir neçə variantda hazırlanan loqoda rənglər də öz ahəngliyini qoruyub. Əsas istifadə olunacaq qızılı rəng isə qələbələri tərənnüm edir.
ELM VƏ TƏHSİL
DİM 7 iyulda keçiriləcək qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət edib
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.
Bu barədə DİM-dən bildirilib.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
CƏMİYYƏT
İyul ayının ilk gününə olan HAVA PROQNOZU
İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.