RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
MANŞET
İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edilib
İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir.
“C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.