HƏRBİ
Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə ölkələr arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
Tərəflər, həmçinin iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Digər xəbərlərə də bax
HƏRBİ
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və səfirliyin Hərbi Attaşe aparatının təşkilatçılığı ilə Tbilisidə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, xarici ölkələrin Gürcüstanda akkreditə olunmuş səfirliklərinin hərbi attaşeləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin – Milli Ordunun yaradılması tarixi və zərurəti barədə ətraflı məlumat verib.
Gürcüstan Müdafiə Nazirinin birinci müavini Paata Patriaşvili çıxış edərək Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib. Azərbaycan Ordusunun hər ötən il daha da modernləşdiyini və gücləndiyi qeyd edən P.Patriaşvili deyib ki, güclü Azərbaycan ilə əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov çıxış edərək bildirib ki, ötən illər ərzində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi sübut edib. O, NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Ordusunun Alyansın standartlarına uyğunlaşdırıldığını, hərbçilərimizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda iştirak etdiyini vurğulayıb.
HƏRBİ
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldan danışılıb.
Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Bu gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik ordu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv edərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbə sevincini bəxş edib.
Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib, “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
26 İyun – Silahlı Qüvvələr Günü, həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində də təntənəli şəkildə qeyd edilib.
HƏRBİ
Zakir Həsənov italiyalı həmkarını “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Azərbaycanda rəsmi səfərdə olan İtaliya müdafiə naziri Quido Krosetto arasında görüş keçirilib, İtaliya müdafiə naziri “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edilib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Z.Həsənov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini vurğulayıb. Azərbaycanın əlamətdar günü – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə Azərbaycanın yanında olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib. Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycanda hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliyanın müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.