İDMAN
Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb
Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb.
Loqoda ölkəmizdə boksun yüksələn xətlə inkişafı və gələcək uğurların qarşıda olması sonsuzluq işarəsində öz əksini tapıb.
Bir neçə variantda hazırlanan loqoda rənglər də öz ahəngliyini qoruyub. Əsas istifadə olunacaq qızılı rəng isə qələbələri tərənnüm edir.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycan gimnastları Nissen Kubokunda 4 medal qazanıblar
İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokunda Azərbaycan idmançıları 4 medal qazanıblar.
Fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medala yiyələnib.
Sinxron çıxışlarda isə Əli Niftəliyev – Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova – Samirə Hüseynova dueti isə bürünc medala sahib çıxıb.
İDMAN
Azərbaycan güləşçiləri “Asiya Uşaqları” Oyunlarında 3 medal qazanıblar – FOTOLAR
Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya Uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycanın qadın güləşçiləri 3 medal qazanıblar.
Rəna Nuriyeva (54 kq) gümüş, Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) bürünc medal əldə ediblər.
Oyunlarda güləş yarışları iyulun 2-dək davam edəcək.
İDMAN
Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib
Azərbaycanın daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
Federasiyadan verilən məlumata görə, 48 kq çəki dərəcəsində Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb.
O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.