İQTİSADİYYAT
Bu il bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-20-də keçirilən arıçılıq məhsullarının yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Bu, ötənilki bal yarmarkasına nisbətən 10 % azdır.
Yarmarkada iştirak edən hər bir arıçıya satışa maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
Yarmarkada iştirak edən arıçılar növbəlilik prinsipi ilə müəyyənləşib, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Builki bal yarmarkasında ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.
Bu il yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu təmsil edən arıçılar iştirak ediblər. Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Qeyd edək ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 45 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” və “Fərqlənmə” sertifikatları ilə təltif olunublar.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.09.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,48 % azalaraq 1,8941 manat, Rusiya rublunun məzənnəsi isə 1,09 % artaraq 0,0185 manat təşkil edib.
|
İQTİSADİYYAT
Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan Kəngərli kəndi Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. Kənddə 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Tikintinin birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 2,3,4 və 5 otaqdan ibarət 292 fərdi ev inşa edilir.
Evlərin 292 evin hər birində torpaq, bünövrə, hörgü işləri tamamlanıb, 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır.
Kənddə həmçinin çoxfunksiyalı bina, tibb məntəqəsi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazar kompleksi tikintisi həyata keçirilir.