MƏDƏNİYYƏT
Oğuz rayon Uşaq Musiqi Məktəbində Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTOLAR
Dekabrın 17-də Oğuz rayon Uşaq Musiqi Məktəbində məktəbin şagirdləri Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar konsert proqramı ilə çıxış ediblər.
ShekiMedia.az xəbər verir ki, konsertdə məktəbin müəllimləri, şagirdləri və şəhər ictimaiyyəti iştirak edib.
Konsertin əvvəlində ustad tarzənin Azərbaycana verdiyi töhfələr haqqında geniş məlumat verilib.
Konsertdə məktəbin şagirdlərinin ifasında tarın müşayiəti ilə musiqi parçaları dinlənilib.
Digər xəbərlərə də bax
MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
MƏDƏNİYYƏT
Musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başa çatıb
MƏDƏNİYYƏT
Əməkdar rəssam İsa Məmmədov vəfat edib
Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.
Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın Türkiyədə (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya) fərdi sərgisi kecirilib.
İ.Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.