Azərbaycan birinciliyinin görüşlərini idarə edən beynəlxalq dərəcəli hakimlərə sertifikat verilib
Gənc boksçular arasında Azərbaycan birinciliyinin supervayzerinə və görüşləri idarə edən beynəlxalq dərəcəli əcnəbi hakimlərə sertifikat verilib.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Şri-Lankadan olan ədalət təmsilçisi, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında referilik etmiş Nelka Şiromala Tampu karyerasını Bakıda bitirib.