ELM VƏ TƏHSİL
Ali Məhkəmə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edib
Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilib.
Müsabiqə məhkəmənin Aparatında qulluq keçmək istəyən şəxslərin bilik, ümumi dünyagörüşü və məhkəmə sistemində təcrübə səviyyəsini müəyyən etməklə ehtiyat kadr bazasının formalaşdırılması məqsədilə həyata keçirilir.
Müsabiqə yazılı və şifahi imtahan olmaqla 2 mərhələdən ibarətdir.
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan, hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və məhkəmə orqanlarında inzibati vəzifələr üzrə 3 il staja malik olan şəxslər iştirak edə bilərlər.
Müsabiqə üçün sənəd qəbulu cari ilin sentyabr ayının 1-dək davam edəcək. Namizədlər bu müddət ərzində Ali Məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə (https://supremecourt.gov.az/az/vetendaslar-ucun/ise-qebul-formasi) tələb edilən sənədləri təqdim edə bilərlər.
Təqdim ediləcək sənədlər 2 hissədən ibarətdir:
- Əsas sənədlər
- Şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq edilmiş surəti;
- Əmək kitabçasının surəti;
- Məhkumluq barədə arayış;
- Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayış.
- Digər sənədlər
- Xasiyyətnamə və ya şəxsin özünü xarakterizə edən digər sənədlər.
Müsabiqənin tələblərinə uyğun müraciətlər qeydiyyata alınaraq namizədlərə məlumat veriləcəkdir. Qeydiyyat zamanı namizədlər müvafiq sənədləri təqdim edərkən hər hansı çətinliklə qarşılaşdıqda aşağıdakı əlaqə nömrəsi vasitəsilə Ali Məhkəməyə müraciət edə bilərlər.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
DİM 7 iyulda keçiriləcək qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət edib
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.
Bu barədə DİM-dən bildirilib.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
ELM VƏ TƏHSİL
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.
Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d’k davam edəcək.
ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.
BANM-dan verilən məlumata görə, layihənin rəhbəri təhsil olacağının Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.
Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.