XƏBƏRLƏR
AQTA 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 12, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Səhər M” market | Xətai rayonu, S.Həbibov küç., ev 62H | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | “Nuray” market | Quba rayonu, Zərdabi qəsəbəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
3 | “Mübariz” market | Xaçmaz şəhəri, N.Nərimanov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
4 | “Təbriz” market | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 | “Planet” market | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
6 | “Dokta” aptek | Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | Allahverdiyev Nizami Şahverdi oğluna məxsus mağaza | Masallı şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
8 | “Halal Ucuz” market | Masallı şəhəri, 20 Yanvar küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 | “Ucuz” market | Masallı şəhəri, 20 Yanvar küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 | “Əziz” market | Masallı şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “İlqar” market | Masallı şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
12 | “Tac” market | Goranboy rayonu, Dəliməmmədli şəhəri | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | “Səma” market | Goranboy rayonu, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | “Gülüstan” market | Goranboy rayonu, Səfikürd kəndi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Goranboy” market | Goranboy rayonu, V.Bayramov küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri | |||
16 | “Faxralı White Pub” restoranı | Xətai rayonu, M.Rüstəmov küç., ev 21 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 | “All Dönər” restoranı | Xətai rayonu, M.Rüstəmov küç., ev 7 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 | “Sherlock” pub | Nizami rayonu, Ş.Mirzəyev küç., ev 65 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
19 | “Pəncərə” kafesi | Yasamal rayonu, A.Mirzəyev küç., ev 324G | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
20 | “Papaq Lounge” | Nəsimi rayonu, Vaqif pr.,
ev 53C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
XƏBƏRLƏR
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla, 5 nəfər xilas edilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.