RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini milli bayram münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Qətərdə futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə də Sizi ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Digər xəbərlərə də bax
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.