SİYASƏT
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçısı İlham Əliyevi salamlayan Prezident Kasım-Jomart Tokayev deyib:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Əsrlər boyu bizi sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır. Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin olub. Biz qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu, bizim ümumi məqsədimizdir.
Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Bizdə sanballı müqavilə-hüquqi baza formalaşıb. Artıq 90-dan çox sənəd imzalanıb.
Keçən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, habelə 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan əlavə, Sizin səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın təsis olunmasını təsbit edəcəyik. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək.
Ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətimizin əhəmiyyətli dərəcədə irəliləməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu gün qeyd etdiyimiz kimi, əmtəə dövriyyəsi 40 faiz artıb və yarım milyard dollara çatıb. Fikrimcə, bu, sanballı nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam surətdə açıldıqca biz bu göstəricini bir milyard dollara çatdıra bilərik. Bundan ötrü energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var.
Mədəni-humanitar əlaqələr durmadan möhkəmlənir. Burada bizim milliyyətcə azərbaycanlı olan 130 min vətəndaşımız əsas əlaqələndirici vəsilə kimi çıxış edir və onların bir hissəsi, bəlkə də kiçik bir hissəsi bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışında iştirak edəcək. Biz onları məxsusi dəvət etmişik.
İki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyət günləri artıq bu il keçiriləcək. Bu gün biz hörmətli Azərbaycan Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin adını daşıyan küçənin açılışını edəcəyik. Bu hadisəni Azərbaycan xalqının böyük oğlunun 100 illiyinə həsr edəcəyik.
Bu gün Heydər Əliyev haqqında “Əziz ömür” – “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Təbii ki, bu film bizim tapşırığımıza əsasən Qazaxıstan Teleradio Korporasiyası tərəfindən çəkilib. Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur. Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizinlə məhdud tərkibdə danışıqlarda bizim gündəlikdəki bəzi aktual mövzuları ətraflı müzakirə etdik, dövlətlərimizin qarşılıqlı fəaliyyətinin yeni artım nöqtələrini müəyyənləşdirdik, beynəlxalq strukturlar çərçivəsində dialoqun möhkəmləndirilməsinə dair fikir mübadiləsi apardıq. Bütün bu məqamlar bizim bu gün imzalayacağımız birgə bəyanatda müvafiq şəkildə əks olunacaq.
Bir daha əmin olduğumu bildirirəm ki, Sizin Qazaxıstana səfəriniz böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu səfər ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin inkişafına güclü təkan verəcək. Sözü Sizə vermək istərdim.
X X X
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Kasım-Jomart Kemeliviç.
İlk növbədə, dəvətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən yenidən qardaş Qazaxıstan torpağında olmağıma və Sizinlə dialoqumuzu davam etdirməyə çox şadam. Keçən ilin avqust ayında Sizin Azərbaycana səfəriniz barədə yaxşı xatirələrim var. Bu gün biz Sizinlə ilk görüşümüzdə məmnuniyyətlə qeyd etdik ki, qəbul etdiyimiz qərarlar həyata keçirilir. Əminəm ki, mənim Qazaxıstana səfərim çərçivəsində qəbul edəcəyimiz qərarlar da reallaşacaq.
Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsinə, Qazaxıstan paytaxtının mərkəzi küçələrindən birinə onun adının verilməsinə, Siz mənim atamın və Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini ehtiramla yad etdiyinizə görə bir daha öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim.
İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur.
Biz münasibətlərimizin müsbət fonunu möhkəmləndiririk. Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var. Təsadüfi deyil ki, Qazaxıstan nümayəndə heyətində olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində də müvafiq strukturların rəhbərləri təmsil olunub. Onların məsələlərin konkret həll yollarını müzakirə etməkdən ötrü bütün bürokratik, inzibati maneələri aradan qaldırmaları Transxəzər dəhlizinin təkcə coğrafi və geosiyasi baxımdan deyil, həm də iqtisadi baxımdan cəlbediciliyi üçün yaxşı fürsət olacaq. Fikrimcə, bundan ötrü kifayət qədər imkan var.
Onu da qeyd etməyi zəruri sayıram ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik.
Onu da qeyd etməyi vacib hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir. Dəvətə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Ümidvaram ki, bizim müəyyənləşdirdiyimiz bütün məsələləri geniş tərkibdə və bir qədər sonra daha ətraflı müzakirə edəcəyik. Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Ticarət, kənd təsərrüfatı, logistika və başqa sahələrdə əməkdaşlığın perspektivləri barədə Sizin dəyərləndirmələrinizlə razıyam.
X X X
Görüş əsnasında media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, bu sahədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulanıb. Qazaxıstan Dövlət Televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmin hazırlandığı və həmin filmin bu günlərdə Qazaxıstan Dövlət Televiziyasında nümayiş olunacağı bildirilib. Filmin, eyni zamanda, Azərbaycan Televiziyasında nümayiş etdiriləcəyi də vurğulanıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qazaxıstanda dərin hörmət və ehtiramla yad olunduğu qeyd edilib.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirdi.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin və aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına şərait yaratdığını qeyd edib.
Görüş əsnasında Qazaxıstan tərəfindən hökumətlərarası komissiyanın rəhbəri bu günə qədər görülmüş işlər haqqında məruzə ilə çıxış edib. Azərbaycan tərəfindən iqtisadiyyat naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri görülən işlər barədə məruzələrlə çıxış ediblər.
Həmçinin dövlət başçıları bu gün imzalanacaq sənədlər arasında Yüksəksəviyyəli Dövlətlərarası Şuranın yaradılmasını çox müsbət addım kimi qiymətləndiriblər. Bunun Azərbaycanla Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının nümunəsi olduğu vurğulanıb. Eyni zamanda Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədin ölkələrimiz arasında münasibətlərin məhz müttəfiqlik əsasında inkişafı üçün zəmin yaratdığı qeyd olunub.
Dövlət başçıları aidiyyəti üzrə nazirlərə tapşırıqlarını veriblər.
Digər xəbərlərə də bax
SİYASƏT
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
Əl-Əzhər Əl-Şərifin Baş İmamı Əhməd Əl-Tayyib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib ilə Şeyxülislam Allahşükür Paşazadənin görüşü baş tutub.
Görüşdə region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyən Əhməd Əl-Tayyib, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkib.
Daha sonra Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayaraq böyük imam Əhməd Əl Tayyib sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü – Şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.
SİYASƏT
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 14-də Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi – Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda keçirilən ən böyük iqlim konfrans COP29-un Azərbaycanın sədrliyi ilə uğurla davam etdiyini vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının iqlim fəaliyyəti və davamlı inkişafa böyük önəm verdiyini qeyd edən Əsəd Məcid Xan Azərbaycanın regional və qlobal miqyasda iqlim problemlərinin həllində mühüm rola malik olduğunu bildirərək birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.
SİYASƏT
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
Slovakiyanın müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə səfər edən müdafiə naziri Zakir Həsənov ölkənin hərbi institutunu ziyarət edib, döyüş texnikaları ilə tanış olub.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.
Müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.
İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.
Sabahın HAVA PROQNOZU – 15.11.2024
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)
BÜRCLƏR – 14.11.2024
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
BÜRCLƏR – 07.11.2024
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2024)
BÜRCLƏR – 06.11.2024
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib
FHN COP29 ilə əlaqədar müşavirə keçirib
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Sabahın HAVA PROQNOZU – 06.11.2024
Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub
DİN hüquqşünasları işə dəvət edir
COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib
Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub
Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2024)
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır
BÜRCLƏR – 05.11.2024
Şəkidə “Zəfərin mübarək, Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib
Şəkinin bu kəndində qaz təchizatında fasilə yaranıb
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib
İntizam pozuntularına görə bir vəkilin fəaliyyəti dayandırılıb
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib
Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO
Bakıda obyektdə yanğın olub
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO
Qubada qanunsuz tikintinin qarşısı alınıb
FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO
Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO
Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ
Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO
Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR
Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO
MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO
TREND
-
CƏMİYYƏT21 saat
BÜRCLƏR – 14.11.2024
-
CƏMİYYƏT9 saat
Sabahın HAVA PROQNOZU – 15.11.2024
-
XƏBƏRLƏR13 saat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)
-
RƏSMİ XRONİKA10 saat
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
-
İDMAN10 saat
İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
-
SİYASƏT11 saat
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
-
RƏSMİ XRONİKA11 saat
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
-
CƏMİYYƏT11 saat
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO