MANŞET
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.
İbtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın Dizayn studiyasının rəhbəri işləmiş, 28 sentyabr 1982-ci ildə Ermənistanın İrəvan şəhərində anadan olan və həmin dövlətin vətəndaşı olan Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində Azərbaycan vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında nümayişkəranə şəkildə Dövlət bayrağımızı qəsdən yandırıb Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhədini keçdiyi halda saxlanılaraq Azərbaycana ekstradisiya olunması xahiş edilib.
“Azərbaycan və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycanın Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir”, – məlumatda qeyd olunub.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.