XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.05.2024
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,59 % artaraq 1,8505 manat, Rusiya rublunun məzənnəsi isə 0,53 % artaraq 0,0187 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8505 |
1 Rusiya rublu | 0,0187 |
1 Avstraliya dolları | 1,1367 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3310 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0930 |
100 Cənubi Koreya vonu | 0,1264 |
1 Çexiya kronu | 0,0748 |
100 Çili pesosu | 0,1878 |
1 Çin yuanı | 0,2358 |
1 Danimarka kronu | 0,2480 |
1 Gürcü larisi | 0,6007 |
1 Honq Konq dolları | 0,2178 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1569 |
100 İndoneziya rupiası | 0,0107 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1594 |
1 İsveçrə frankı | 1,8875 |
1 İsrail şekeli | 0,4632 |
1 Kanada dolları | 1,2493 |
1 Küveyt dinarı | 5,5347 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0192 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3632 |
1 Meksika pesosu | 0,1018 |
1 Moldova leyi | 0,0960 |
1 Misir funtu | 0,0363 |
1 Norveç kronu | 0,1594 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4341 |
1 Sinqapur dolları | 1,2660 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4533 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2496 |
1 Türk lirəsi | 0,0528 |
1 Tayvan dolları | 0,0531 |
1 Tacik somonisi | 0,1557 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0430 |
100 Yapon yeni | 1,1044 |
1 Yeni Zelandiya dolları | 1,0410 |
Qızıl (1 unsiya) | 4065,6775 |
Gümüş (1 unsiya) | 50,3659 |
Platin (1 unsiya) | 1822,7230 |
Palladium (1 unsiya) | 1723,8000 |
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.