SİYASƏT
Azərbaycan Səudiyyəyə minatəmizləmədə göstərdiyi maddi dəstəyə görə minnətdarlıq edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.
Nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildiriblər.
C.Bayramov post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirlərinin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məbləğində dəstəyə görə minnətdarlıq bildirib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək bayramın sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Digər xəbərlərə də bax
MANŞET
Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi məlum olub
Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq
Bu, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında öz əksini tapıb.
Belə ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılması avqustun 9-da başlanacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq.
MANŞET
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib
VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi dəyişib.
Parlamentin bugünkü iclasının gündəliyinə “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib.
Bununla da VI çağırış üzrə bugünkü sonuncu plenar iclasda gündəliyə təklif olunan məsələlərin sayı 15-ə çatıb.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
4. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).
5. Ailə Məcəlləsinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. orpaq Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
7. Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).
8. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
10. Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
12. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
13. “Lisenziyalar və icazələr haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi.
14. “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
15. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).
Qeyd edək ki, sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.
MANŞET
Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul CƏDVƏLİ
Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Shekimedia.az cədvəli təqdim edir:
Qəbulu aparan şəxs | Qəbul günü |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu |
1 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu |
2 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd qızı |
3 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu |
4 |
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi
Həsənov Altay Tofiq oğlu |
5,12,26 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Hərbi məsələlər şöbəsinin müdiri Seyidov Fərid Mirmufid oğlu |
5 |
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Qasımov Azər Məhəmməd oğlu |
8 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu |
9,23 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu |
10 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədəliyev Yusuf Ülfət oğlu |
11 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu |
12 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi |
15 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru |
16 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu |
18 |
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Kərimov Aydın Zöhrab oğlu |
19 |
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Məmmədov Məsim Əhməd oğlu |
22 |
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Yusubov Elçin Mustafa oğlu |
24 |
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu |
25 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu |
26 |
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Hacıyev Vahid Rasim oğlu |
26 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov Süleyman Abbas oğlu |
30 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu |
30 |
* * * | |
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Usubov Ramil İdris oğlu |
29 |
Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79.
Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.
Qəbul saat 14:00-dan başlayır.
Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.