CƏMİYYƏT
Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər
Qardaş Türkiyədə son 100 ilin ən dəhşətli zəlzələsi baş verib.
Tarixən Azərbaycanda da güclü zəlzələlər olub.
Azxeber.com ölkəmizdə bu günə qədər yaşanan ən dəhşətli zəlzələlərin siyahısını hazırlayıb.
Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.
700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl gölləri yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş “Zurnabad zəlzələsi” qeydə alınıb.
Azərbaycan tarixində ən dəhşətli zəlzələlər Şamaxı və Bakı şəhərlərində olub.
– Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.
– Növbəti ən dəhşətli zəlzələ yenə də Şamaxıda 1669-cu ildə 5,7 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.
– Şamaxıda daha bir zəlzələ isə 1902-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
Bakıda ən güclü zəlzələ isə 2000-ci ildə yaşanıb. Zəlzələ 6,8 bal gücündə olub. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.