REGİON
“Azəriqaz” Samuxda sahibkarlarla növbəti görüş keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samuxda görüşü təşkil olunacaq.
Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Şəkidə yol qəzası olub, xəsarət alanlar var.
Hadisə rayonun Baş Göynük kəndində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1991-ci il təvəllüdlü Nöbərov Taleh Mustafa oğlu, sərnişinlər – 1995-ci il təvəllüdlü Hacıəliyev Asim Bəxtiyar oğlu və 1990-cı il təvəllüdlü Ağasıyev Elzamin Qüdrət oğlu xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Aşağı Göynük kəndində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 30 yaşlı Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq iaşə obyektinə çırpılıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Elvin Abdullayev, anası Gülarə Abdullayeva (56 yaş), həyat yoldaşı Mətanət Abdullayeva (22 yaş), yaxın qohumu Raziyyat Abdullayeva (63 yaş) və onun qızı Şəhanə Abdullayeva (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
Qaxda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən Fuad Qəhrəmanov həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub. F.Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu “Fərrux” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.