CƏMİYYƏT
“Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərdən 12-si tam elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilib
Masallı “ASAN xidmət” mərkəzində “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 2022-ci il ərzində gördüyü işlər barədə mətbuat konfransı keçirilib.
Bu barədə ShekiMedia.az-a ASC-dən məlumat verilib.
“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, görülən işlər çərçivəsində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə göstərilən xidmətlərin mərhələli şəkildə “Elektron hökumət” portalına inteqrasiyasını tam təmin edib. Göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən onlayn müraciət etmə imkanı yaradır.
Mətbuat konfransında “ASAN xidmətl”ə İş departamentinin direktor müavini İnam Yusifov bildirib ki, “Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərdən 12-si tam elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. Cari ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə 51 minə yaxın müraciət daxil olub. Bunlardan 44 mini əhali, 7 mini qeyri-əhali müraciətidir.
Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu, əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hesablanması, abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətlərindən yararlanmaq üçün www.azerishiq.az, www.e-gov.az və ya e-service.azerishiq.az portalı vasitə ilə müraciət etmək mümkündür.
İnteqrasiyası təmin edilən dövlət qurumları isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Vergi Xidməti, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsi, Elektron Hökümətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), “ASAN Xidmət”, Ədliyyə Nazirliyi və “Kapital Bank”dır”.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.