SİYASƏT
Bələdiyyələrdə nağdsız ödənişlərlə bağlı görüş keçirilib
“Bələdiyyələrdə nağdsız ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” mövzusunda onlayn görüş keçirilib.
Tədbir Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə baş tutub.
Görüşdə yerli (bələdiyyə) büdcəyə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə edilməsi məsələləri müzakirə edilib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin ödənilməsi proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə fikir mübadiləsi aparılıb.
26 Bankın nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə edilib.
“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov bildirib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədilə bütün ödənişlərin HÖP üzərindən həyata keçrilməsi bu sahədə şəffaflığı artıracaq.
Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov banklarla əməkdaşlığın daha effektli və bu sahədə birgə marifləndirmə tədbirlərinin təşkil edilməsinin zəruriliyini vurğulyıb.
Daha sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli çıxış edib.
O bildirib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər gücləndirməsinə şərait yaradacaq:
“Bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir. Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) yaradılmış və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb”.
Görüşdə dövlət başçısının “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda bələdiyyələrin gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar icra olunmuş məsələlərə toxunulub.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi İsrafil Mustafayev qeyd edib ki, bütün bələdiyyə ödənişləri vahid portal üzərindən aparılması həm də korrupsiya hallarının qarşısını alacaq.
İşçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə bağlı banklara müvafiq tövsiyələr verilib.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.