XƏBƏRLƏR
Bakıda obyektdə yanğın olub
Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
“Yanğın nəticəsində ümumi sahəsi 3250m2 olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400m2 və içərisindəki mebel əşyaları 100m2 sahədə, avtomobil təmiri sexi 100m2 sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20m2 sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 m2 sahədə yanıb. Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb”, – məlumatda qeyd olunub.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ
Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 13.09.2024
Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
XƏBƏRLƏR
Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Daşkənddə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Özbəkistanda səfərdədirlər.