MANŞET
Bir sıra apellyasiya məhkəmələrində yeni hakimlər olacaq – SİYAHI
Milli Məclisin iclasında Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilməsi məsələsinə baxılıb.
“Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif olunur.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudovun vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin isə aşağıdakı şəxslər olması göstərilib:
– Rəhimli Lalə Elxan qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;
– Cabbarova Gülnar İnqilab qızı – Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;
– İsmayılov Azər İbrahim oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
– Süleymanova Almaz Məhərrəm qızı – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilir.
Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunur:
– Səmədov Xəqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
– Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Bundan başqa Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi də müzakirəyə çıxarılıb. .
Sənədə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir:
– Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;
– Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;
– Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;
– Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
– Rüstəmli Məhəmməd Əli oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
– Bəhrəmzadə Sabit Xanlar oğlu – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;
– Musayeva Cəmilə Ceyhun qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
– Səmədov Rəşid Əfraim oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
– İbrahimov Anar Firdovsi oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;
– Axundova Günay Təyar qızı – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;
– Əyyubov Fərid İlham oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;
Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunur:
– Kərimli İlham Əziz oğlu;
– Qasımov Faiq Adil oğlu;
– Məhərrəmova Şeyda Ədalət qızı.
Layihələr səsverməyə çıxarılaraq qəbul edilib.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
MANŞET
Sabahın HAVA PROQNOZU – 20.10.2024
Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
İQTİSADİYYAT
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.