XƏBƏRLƏR
BÜRCLƏR – 16.11.2024
Qoç – münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər.
Riskli əməliyyat belə, gəlir verəcək.
Günün ikinci yarısında rəqiblərin itkilərindən faydalanın. Quraşdırma, inşaat sahəsində çalışanlar irəliləyişə bel bağlaya bilərlər.
Yaxınlarınızla münasibətlərdə sakit, təmkinli olun. Situasiyadan bəhrələnərək ədaləti bərpa edin. Amma kəskin mübahisələrə qatılmayın.
Buğa – yaxın gələcəklə bağlı planlarda dəqiqləşdirmələr aparın. Zəruri informasiyanı arayın. Sizi narahat edən suallara cavab tapın. Çətin işə başlamaqdan qorxmayın. Qüvvənizə güvənin. Diqqətlə və inadla işləsəniz, ən mürəkkəb məsələləri həll edə bilərsiniz.
Günün ikinci yarısında paltar almayın.
Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun. Yaxınlarınız dediklərinizə qulaq asacaqlar. Axşam saatlarını inandığınız, etibar etdiyiniz insanlarla keçirin.
Normal istirahət etməyə can atın.
Əkizlər – ikiüzlü, məkrli insanlardan uzaq durun. Onların şayiələrinə, dedi-qodularına inanmayın. Mübahisə etməyin, haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə can atmayın. İşgüzar tərəfdaşlarla münasibətlərə yenidən baxın. Həmkarlarla əlaqələri yeniləyə bilərsiniz.
Günün ikinci yarısı anlaşma və sövdələşmə, habelə müqavilələrin imzalanması üçün münasibdir.
Uzaq yola çıxmayın.
Axşam saatlarını sevdiyiniz insana ayırın. Müəyyən fikir ayrılıqları olsa da, səbrli davranın. Enerji səviyyəniz yüksəkdir.
Xərçəng – qüvvə və resurslarınızı qoruyun. Emosional və maddi baxımdan itkilərə imkan verməyin. Yaxın ətrafınızdakı insanlar üçün ildırımötürən olmayın. Məsuliyyətli, mühüm görüş və ya işdə rəhbərliklə danışıqlar zamanı deyil. Sizi tələsik, təcili qərar qəbul etməyə vadar etmək istəyirlərsə, başqasının təsiri altına düşməyin.
Günün ikinci yarısında təmkinli davranın.
Ailə qayğıları əlavə xərclər tələb edir. Problemi həll etmək üçün müstəqil fəaliyyət göstərin, təkbaşına çalışın. Yaranmış situasiyanı dəyərləndirin. Enerjiniz çox deyil. Yuxusuzluq ola bilər.
Şir – idealist davranıb mənasız və səbəbsiz xeyriyyəçilik etsəniz belə, yardıma ehtiyacı olana kömək gözəldir. Peşəkar fəaliyyət sahəsindəki çətinliklərin orijinal həllini tapın. Sürpriz, qəfil xəbər istisna deyil.
Günün ikinci yarısında alış-verişdə yalnız ehtiyac duyduğunuz əşyaları alın.
Yaxşı görünün, qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaradın. Parlayın, uğur qazanın. Şəxsi münasibətlərdə yeniliklər üçün münasib zamandır.
Qız – günün ilk yarısı uzunmüddətli səfərlər və ezamiyyət üçün əlverişli deyil. Kimisə aldatmağa cəhd göstərməyin. Hiyləniz üzə çıxacaq, utanacaqsınız. Peşəkar fəaliyyət sahəsindəki mövqelərinizi qoruyun. Risklərə yol verməyin.
Günün ikinci yarısında tanışlarla, qonşularla kiçik anlaşılmazlıqlar ola bilər.
Yaxınlarınızla təmaslarda səbrli olun. Onların nə istədiklərini, niyə məhz belə addımlar atdıqlarını anlamağa çalışın. Uşaqlara xüsusi diqqət yetirin.
Alış-verişdə çox pul xərcləməyin.
Tərəzi – işlərdəki qəfil dəyişikliklər sizi çaşdırmamalıdır. Axına qarşı hərəkət etməyin. Diqqəti rutin və ənənəvi işlərin yerinə yetirilməsinə yönəldin. Belədə tədricən ağır problemləri də çözə bilərsiniz.
Mühüm anlaşmaların müzakirəsi, anlaşmaların imzalanması və yeni sifarişlərin qəbulu üçün münasib zaman deyil. Münaqişəli situasiyaya qatılmayın, riskli addımlar atmayın.
Alış-verişdə simiclik etməyin. Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Axşam saatlarınızı sevdiyiniz, dəyər verdiyiniz insanlarla keçirin.
Əqrəb – istənilən dəyişikliklərdə fayda var. İş yerini, fəaliyyət sahəsini dəyişmək, köçmək olar. Stilinizi və ya imicinizi dəyişməyə cəhd göstərin. Sevdiyiniz insanla münasibətlərdə rutinlik hiss edirsinizsə, yeniliklər zamanıdır. Keçmişə qapılmayın. Gərəksiz əlaqələrdən imtina edin.
Günün ikinci yarısında sizi həyacanlandıran məqəmları təhlil edin. Asılılıq və ya nigaranlıq hissi yaradan nüansları nəzərdən keçirin.
Axşam saatlarında hisslərinizi etiraf etməkdən çəkinməyin.
Oxatan – aktiv həyatdan imtina edərək tənha qalmağa çalışmayın. Dürüst qərar qəbul edin, aramla davranın. Düşünülməmiş qərarlar və tələsik deyilmiş sözlər ciddi fəsadlar yarada bilər.
Günün ikinci yarısında yaşam enerjinizin səviyyəsi aşağı düşəcək. Uzunmüddətli səfər və ya gəzintilərə çox vaxt ayırmayın.
Şübhəli, avantürist addımlar atmayın.
Ailə münasibətlərində problemlər yarana bilər. Münaqişə və qarşıdurmaları intensivləşdirməyin. Yanlış anlaşılan söz əlaqələri kəsə bilər.
Mənfi emosiyalarınıza nəzarət edin.
Oğlaq – bir çox işləri uğurla başa vurmaq üçün münasib zamandır. Situasiya əlverişlidir. Problemləri qeyri-adi, orijinal yolla həll etməyə çalışın.
Peşəkar fəaliyyət müstəvisində maraqlarınızı emosiyalarınıza qurban verməyin. Maliyyə əməliyyatları və alış-verişdə sayıq davranın. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Əks cins mənsubu ilə təmaslarda sərvaxtlığı unutmayın.
Günün ikinci yarısında pəhriz və ya idman zalında məşq barədə düşünmək olar.
Dolça – planların reallaşdırılması üçün uğurlu gündür. İşlərinizin alınması üçün tərəfdaş və ya müttəfiqlərin məsləhətlərindən yararana bilərsiniz. Uğurlarınız sizə indiyədək soyuq münasibət bəsləmiş insanla təmasları normallaşdırmağa imkan verəcək.
Yeni layihəyə başlamaq, sifariş qəbul etmək olar.
Günün ikinci yarısında səfərə çıxmaq üçün münasib zaman arayın.
Şəxsi münasibətlərdə harmoniya hökm sürməlidir. Axşam saatlarını yaxınlarınızla bahəm, həmfikirlərlə keçirə bilərsiniz.
Enerji potensialınız yüksək səviyyədədir.
Balıqlar – nikbinlik bu gün bir çox işlərinizdə karınıza gələ bilər. Fəqət günün sonunadək aktiv tempdə çalışmaq mümkün deyil. Həddən artıq yorulmamaq üçün fəaliyyət intensivliyini tənzimləyin. Mürəkkəb məsələləri həll etmək məcburiyyəti yaranıbsa, aramla çalışın.
Günün ikinci yarısında risk etməyin, düşünülməmiş addımlar atmayın.
Çətin situasiyalarda yaxınlarınız sizə kömək edəcəklər. Onlar qayğınıza qalacaqlar. Axşam saatlarını sakit şəraitdə keçirin.
Digər xəbərlərə də bax
XƏBƏRLƏR
Baş prokuror gürcüstanlı həmkarı ilə ekstradisiya sahəsində effektiv işbirliyindən danışıb
Noyabrın 15-də Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.
Azərbaycanda keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirin dünya üçün böyük töhfələr verə biləcəyini qeyd edən qonaq tədbir çərçivəsində təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.
Görüşdə, həmçinin, Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.
Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 17.11.2024
Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, səhər Abşeron yarımadasının ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
XƏBƏRLƏR
Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Maliki ilə görüşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb.
Bu kontekstdə 2021-ci ilin 13 yanvar tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edən nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən qonaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qurum arasında münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətindən danışıb.
Baş prokuror gürcüstanlı həmkarı ilə ekstradisiya sahəsində effektiv işbirliyindən danışıb
Sabahın HAVA PROQNOZU – 17.11.2024
Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb
Gənclər və İdman Nazirliyi İmişlidə tədbir keçirib
Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
COP29-da BICFIT Dialoquna start verilib
SOCAR Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa qaz tədarükünə başlayıb
Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.11.2024
BÜRCLƏR – 16.11.2024
Yaponiya şahzadəsi öldü
COP29-da İqlim və Sülh paneli – FOTO
Qarabağ veteranları və qazilərin rəsmi sayı – 80 manatlıq təqaüd artırılır?
Əli Əsədov Ştaynerlə görüşüb
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Zaqatalada uşaq ölümləri niyə kütləvi hal alıb?
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.11.2024
Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib
Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib
BÜRCLƏR – 15.11.2024
Sabahın HAVA PROQNOZU – 15.11.2024
Şəkidə indiyədək 39 min hektardan çox sahədə payız səpini aparılıb
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)
BÜRCLƏR – 14.11.2024
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil edilib
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
BÜRCLƏR – 07.11.2024
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2024)
BÜRCLƏR – 06.11.2024
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib
Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO
Bakıda obyektdə yanğın olub
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO
Qubada qanunsuz tikintinin qarşısı alınıb
FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO
Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO
Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ
Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO
Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR
Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO
MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO
TREND
-
CƏMİYYƏT8 saat
Sabahın HAVA PROQNOZU – 17.11.2024
-
XƏBƏRLƏR8 saat
Baş prokuror gürcüstanlı həmkarı ilə ekstradisiya sahəsində effektiv işbirliyindən danışıb
-
XƏBƏRLƏR13 saat
SOCAR Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa qaz tədarükünə başlayıb
-
İDMAN12 saat
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
İQTİSADİYYAT13 saat
COP29-da BICFIT Dialoquna start verilib
-
İQTİSADİYYAT15 saat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.11.2024
-
XƏBƏRLƏR14 saat
Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib
-
MANŞET12 saat
Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir