Bizə qoşulun

CƏMİYYƏT

BÜRCLƏR – 29.10.2022

Qoç – günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.

Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.

Buğa – hər şey yaxşıdır. Günün ilk yarısında problemlər yarana bilər. Çətinliklərin öhdəsindən qətiyyətlə gəlin, təşvişə düşməyin. Yaşananlar əhvalınıza həddən ziyadə pis təsir etməsin. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun.

Əməkdaşlıq şərtlərini, tərəfdaşlıq variantlarını günün ikinci yarısında müzakirə etmək olar.

Şəxsi münasibətləri nizama salın. Sevdiyiniz insana hədiyyə verin. Ümumi işlə məşğul olduğunuz insanı anlamağa çalışın. Yeni tanışlıqlar istisan deyil. Yeni münasibətlərin formalaşması üçün təşəbbüskar olun.

Əkizlər – asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.

Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız.

Alış-verişə çıxa bilərsiniz.

Xərçəng – əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli zamandır.

Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.

Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.

Şir – gün gözləntilərinizi doğrultmayacaq. Var qüvvənizlə çalışsanız belə, qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Sədləri və maneələri dəf edin. Nəzərdə tutduğunuz işlərin bir qismini başa vura biləcəksiniz. Yaxın ətrafınızdakı insanlarla həssas davranın.

Günün ikinci yarısında sərt və aqressiv danışmayın. Asanlıqda düşmən qazanmayın. Bədxahlar və ya düşmənlər sizə mane olmaq üçün əllərindən gələni edəcəklər.

Yaxınlarınızla təmaslarda səbrli olsanız, münaqişələr yaranmayacaq. Ailə problemlərinin həlli ciddi xərclər tələb edəcək. Bədxərclik etməyin.

Axşam saatlarında diqqətli olun.

Qız – ziddiyyətli və gərgin gündür. İşdə münaqişələr ciddiləşəcək. Situasiya çətinləşir. Peşəkar fəaliyyətiniz ən müxtəlif insanlarla ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Güzəştə meylli olmasanız, çətinlikləri həll etmək mümkün olmayacaq.

Günün ikinci yarısı müstəqil fəlaiyyət üçün yaxşıdır. Problemlərin həllinə yaradıcı yanaşın. İşgüzar intuisiyanız iti olmalıdır ki, sərfəli anlaşma və ya sövdələşmə baş tutsun. Axşam saatları romantik görüş vəd edir.

Tərəzi – günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Gün uğurlu olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kimsə sizə mane olmamalıdır. Sürətlə irəliləmək üçün cəhdlərinizi əsirgəməyin. İşdə əhəmiyyətli nəticələr olacaq. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmləndirin. Nüfuzlu adamlar arasında müttəfiqlər tapın. Bir sözlə, yeni zirvələri fəth etmək üçün hazır olun.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Qüvvə və potensialınıza inanın. Şəxsi münasibətləri normallaşdırın. Təşəbbüskar olun, sakit davranmayın.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb – gərgin gündür. Ünsiyyətdə ciddi problemlər yaranacaq. Münaqişələr sıralanır. Emosiyalarınıza nəzarət edin. Təxribatlara uymayın. Təmkinli davranaraq məkrli tələyə düşməyin. Problemin həlli qapını çırparaq getmək deyil.

Nüfuzlu insanla münaqişə etməyin. Dumanlı, naməlum səbəblərə görə sərfəli anlaşma və sövdələşmələrdən boyun qaçırmayın.

Günün ikinci yarısında qəfil səfərə yollanmaq məsləhət deyil. Planlaşdırılmamış işlər görməyin. Belədə problemlərin sayı artacaq. Romantik görüş pərişanlıq yarada bilər. Hadisələrin pis məcrada inkişafına mane olun. Situasiyanı normallaşdırmaq üçün səylərinizi əsirgəməyin.

Oxatan – işlərinizdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Son vaxtlar həlli yollarını arayıb baş sındırdığınız peşəkar məsələni həll edə bilərsiniz. Həmkarlarınıza yardım edin. Alış-veriş, biznesə investisiyalar, önəmli insanlarla görüş üçün yaxşı zamandır.

Günün ikinci yarısında yaxşı təcrübəyə yiyələnə bilərsiniz.

Şəxsi münasibətlərinizdə harmoniyaya nail olun. Yaxınlarınızın yanınızda özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz insanı anlamağa çalışın. Hisslərinizi etiraf etmək üçün münasib zamandır.

Oğlaq – asan gün deyil. Çətinliklər və problemlər var. Lakin ümidinizi itirməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq mümkündür. Əzm və iradəli şəkildə çalışın, qətiyyətli olun. Çoxsaylı planlar qurmayın. Diqqəti, sadəcə, bir işə yönəldin. Yalnız belədə uğur şanslarınızı artıra bilərsiniz.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla planlarınızı müzakirə etməyin, sirlərinizi paylaşmayın.

Yaxınlarınızla fikir ayrılığı, sevdiyiniz insanla münaqişə istisna deyil. Düzgün mövqe tutduğunuzu düşünürsünüz. Nəinki güzəştə getmək istəmir – hətta qarşı tərəfi dinləmək istəmirsiniz. Belə olmaz. Güzəştlərə meylli olsanız, münasibətləri yaxşılaşdıra bilərsiniz.

Dolça – günün ilk yarısı yetərincə uğurlu olacaq. Ən cəsarətli planları reallaşdırmaq olar. İşgüzar danışıqlar pis keçməyəcək. Potensial iş yeri sahibləri və sifarişçilərlə ünsiyyətdə diqqətli davranın. Təklifləri təhlil edin.

Qarşılaşdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Yorulacaqsınız, əhvalınız pisləşəcək. Səhhətinizi qoruyun, orqanizminizin qayğısına qalın.

Balıqlar – günün ilk yarısında diqqətli olun. Çoxları sizinlə manipulyasiya etməyə çalışırlar. Başqalarının maraqlarına xidmət etməyin. Belələrinin planlarının qarşısını almaq çətin olduğundan diplomatik davranın. Amma ifrata varmayın. Kompromislərə meylli hərəkətlərinizi zəiflik kimi qəbul edə bilərlər.

Günün ikinci yarısında bədxahlarla rəqiblərə sinə gərin. Onları sakitləşdirəndən sonra situasiya yaxşılaşmağa başlayacaq.

Saatlar keçdikcə vəziyyət sakitləşməyə başlayacaq. Axşam saatları dostlarla görüş, sizi narahat edən problemlərin müzakirəsi üçün əlverişlidir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.

     
Davamına bax

CƏMİYYƏT

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

     
Davamına bax

CƏMİYYƏT

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.

     
Davamına bax

Facebook

MANŞET3 gün

Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək

İQTİSADİYYAT3 gün

Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib

ANA SƏHİFƏ3 gün

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

İDMAN3 gün

Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb

XƏBƏRLƏR3 gün

Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib

MANŞET3 gün

Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib

XƏBƏRLƏR3 gün

BÜRCLƏR – 26.09.2024

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.09.2024)

MANŞET4 gün

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

ELM VƏ TƏHSİL1 həftə

Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

XƏBƏRLƏR1 həftə

FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub

ELM VƏ TƏHSİL1 həftə

Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika

XƏBƏRLƏR1 həftə

DİN: Ötən gün 1 avtomat, 1 qumbara və 4 tüfəng könüllü təhvil verilib

CƏMİYYƏT1 həftə

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

CƏMİYYƏT1 həftə

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

MANŞET1 həftə

Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək

CƏMİYYƏT1 həftə

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

CƏMİYYƏT1 həftə

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

İDMAN1 həftə

Gimnastlarımız gümüş medal qazandılar

İQTİSADİYYAT1 həftə

Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb

MANŞET1 həftə

Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

İQTİSADİYYAT1 həftə

Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 21.09.2024

CƏMİYYƏT1 həftə

Şəkidə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub – FOTO

QAX1 həftə

RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib

ŞƏKİ1 həftə

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oraban kəndinin sakinləri ilə görüşüb

ŞƏKİ2 həftə

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndinin sakinləri ilə görüşüb – FOTO

ELM VƏ TƏHSİL2 həftə

Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib

ŞƏKİ2 həftə

“Dövlət İdarəçiliyində Süni İntellekt” mövzusunda vebinar keçirilib

CƏMİYYƏT2 həftə

Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ

CƏMİYYƏT2 həftə

Sabahın HAVA PROQNOZU – 13.09.2024

XƏBƏRLƏR2 həftə

Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər

XƏBƏRLƏR2 həftə

ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib

QAX2 həftə

RİH başçısının Çinarlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

İDMAN2 həftə

Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır

HƏRBİ2 həftə

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

XƏBƏRLƏR2 həftə

Bakıda obyektdə yanğın olub

HƏRBİ2 həftə

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

İQTİSADİYYAT2 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.09.2024)

XƏBƏRLƏR2 həftə

Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var

ANA SƏHİFƏ3 gün

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

XƏBƏRLƏR2 həftə

Bakıda obyektdə yanğın olub

CƏMİYYƏT1 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

CƏMİYYƏT2 ay

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub

CƏMİYYƏT3 ay

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO

XƏBƏRLƏR3 ay

Qubada qanunsuz tikintinin qarşısı alınıb

XƏBƏRLƏR3 ay

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ3 ay

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ3 ay

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT3 ay

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ3 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL3 ay

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ3 ay

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR3 ay

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR4 ay

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ4 ay

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT4 ay

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT4 ay

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ4 ay

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ4 ay

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR4 ay

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ4 ay

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT4 ay

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ4 ay

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT4 ay

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ4 ay

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ4 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ4 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ4 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT4 ay

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT4 ay

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ4 ay

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ4 ay

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ4 ay

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

TREND