Bizə qoşulun

İQTİSADİYYAT

COP29-la bağlı növbəti monitorinqlər aparılıb

COP29 konfransına hazırlıq prosesi çərçivəsində 3 noyabr tarixində növbəti nəqliyyatın idarə olunması üzrə monitorinqlər aparılıb.

COP29 konfransı keçiriləcək tarixlər ərzində şəhər nəqliyyat proseslərinin səmərəli təşkilinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən monitorinqlər saat 11:00-da başlayaraq saat 13:10-dək davam edib. Monitorinqlər əsasən paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edib, sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilib.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İQTİSADİYYAT

Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq

Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 20 Elektrik Doldurma Məntəqəsinin (EDM) quraşdırılması planlaşdırılıb.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə “Azərişıq” ASC tərəfindən 6 məntəqə (“Zəngilan” yarımstansiyası, “Cəbrayıl” İntelektual Tədris Mərkəzi, “Xocalı” Rəqəmsal İdarəetmə Mərkəzi və s.) üzrə ümumilikdə 12 elektrik doldurma qurğusu fəaliyyət göstərir. Eyni zamanda Zəngilan şəhərində Konqres mərkəzin həyətində 3 ədəd, Şuşa şəhərində “Şuşa Otel və Konqres Mərkəzi”nin avtomobil parkında 2 ədəd elektrik doldurma qurğusu quraşdırılıb.

Məlumata görə, “yaşıl enerji zona”sının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan istifadə, “ağıllı” enerji idarəetmə texnologiyalarıının tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Elektrik avtomobillərdən istifadə işğaldan azad edilmiş ərazilərdə daha təmiz ətraf mühitin formalaşdırılmasına təsir edən mühüm amillərdən biridir.

Qeyd edək ki, “yaşıl enerji zonası” hüdudlarında elektrik ilə çalışan ictimai nəqliyyat vasitələrinin, həmçinin şəxsi avtomobillərin istifadə edilməsinin təşviqi məqsədilə müvafiq elektrik doldurma məntəqələri infrastrukturunun qurulması zəruridir və bu məsələ “yaşıl enerji zonası”nın komponenti kimi nəzərə alınır.

     
Davamına bax

İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2024)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,2 % artaraq 1,8522 manat, Rusiya rublunun məzənnəsi isə 1,1 % azalaraq 0,0173 manat təşkil edib.

Valyuta Məzənnə
1 ABŞ dolları 1,7000
1 Avro 1,8522
1 Rusiya rublu 0,0173
1 Avstraliya dolları 1,1231
1 Argentina pesosu 0,0017
1 Belarus rublu 0,5195
1 Braziliya rialı 0,2896
1 BƏƏ dirhəmi 0,4628
1 Cənubi Afrika randı 0,0970
100 Cənubi Koreya vonu 0,1241
1 Çexiya kronu 0,0732
100 Çili pesosu 0,1769
1 Çin yuanı 0,2398
1 Danimarka kronu 0,2483
1 Gürcü larisi 0,6239
1 Honq Konq dolları 0,2187
1 Hindistan rupisi 0,0202
1 İngilis funt sterlinqi 2,2079
100 İndoneziya rupiası 0,0108
100 İran rialı 0,0004
1 İsveç kronu 0,1594
1 İsveçrə frankı 1,9648
1 İsrail şekeli 0,4531
1 Kanada dolları 1,2228
1 Küveyt dinarı 5,5474
1 Qazaxıstan tengəsi 0,0035
1 Qırğızıstan somu 0,0200
100 Livan funtu 0,0019
1 Malayziya rinqqiti 0,3897
1 Meksika pesosu 0,0846
1 Moldova leyi 0,0953
1 Misir funtu 0,0347
1 Norveç kronu 0,1549
100 Özbək somu 0,0133
1 Polşa zlotası 0,4252
1 Sinqapur dolları 1,2914
1 Səudiyyə Ərəbistanı rialı 0,4526
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) 2,2632
1 Türk lirəsi 0,0495
1 Tayvan dolları 0,0536
1 Tacik somonisi 0,1598
1 Yeni türkmən manatı 0,4857
1 Ukrayna qrivnası 0,0411
100 Yapon yeni 1,1194
1 Yeni Zelandiya dolları 1,0209
Qızıl (1 unsiya) 4659,0455
Gümüş (1 unsiya) 55,5824
Platin (1 unsiya) 1700,6035
Palladium (1 unsiya) 1894,8030

     
Davamına bax

İQTİSADİYYAT

COP29-un rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.

Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. Vebsayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.

Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir. COP29 rəsmi vebsaytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksək keyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır. Bu resurs, jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.

İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni vebsaytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün Chatbox xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.

COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.

     
Davamına bax

Facebook

CƏMİYYƏT8 saat

BÜRCLƏR – 05.11.2024

CƏMİYYƏT10 saat

Şəkidə “Zəfərin mübarək, Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib

CƏMİYYƏT11 saat

Şəkinin bu kəndində qaz təchizatında fasilə yaranıb

XƏBƏRLƏR12 saat

Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib

XƏBƏRLƏR12 saat

İntizam pozuntularına görə bir vəkilin fəaliyyəti dayandırılıb

XƏBƏRLƏR12 saat

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb

XƏBƏRLƏR12 saat

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

MANŞET13 saat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

HƏRBİ13 saat

Zakir Həsənov slovakiyalı həmkarı ilə hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib

XƏBƏRLƏR13 saat

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ELM VƏ TƏHSİL13 saat

ADPU-nun Şəki filialında növbəti praktik seminar təşkil olunub

İDMAN15 saat

Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib – FOTOLAR

HƏRBİ16 saat

Xanlar Vəliyev hərbi qulluqçularla görüşüb

HƏRBİ16 saat

Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib

XƏBƏRLƏR16 saat

FHN-in regional mərkəzlərində ağacəkmə aksiyaları keçirilib

İQTİSADİYYAT17 saat

Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq

XƏBƏRLƏR17 saat

İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

HƏRBİ17 saat

Ötən həftə azad olunan ərazilərdə 237 mina zərərsizləşdirilib

MANŞET18 saat

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub – FOTOLAR

SİYASƏT18 saat

Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib

XƏBƏRLƏR19 saat

Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib

CƏMİYYƏT19 saat

Sabahın HAVA PROQNOZU – 05.11.2024

MANŞET19 saat

BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına yenidən baş çəkib

SİYASƏT20 saat

Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək

İDMAN20 saat

“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib

MANŞET20 saat

Hərbi xidmətə çağırış üzrə komissiyanın tərkibində dəyişiklik edilib

XƏBƏRLƏR21 saat

DYP COP29 müddətində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

MƏDƏNİYYƏT21 saat

UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib

XƏBƏRLƏR21 saat

Avropanın dörd ölkəsinin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

REGİON22 saat

Yevlaxda avtomobil “Muravey”lə toqquşub, ölən var

İQTİSADİYYAT22 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2024)

İDMAN23 saat

Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək

İQTİSADİYYAT24 saat

COP29-un rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib

İDMAN1 gün

“Mançester Yunayted” və “Çelsi” qalib müəyyən edə bilmədilər

İDMAN1 gün

“Barselona”dan növbəti qələbə

CƏMİYYƏT1 gün

Ermənilərin basdırdığı mina partladı: heyvanlar tələf oldu

ANA SƏHİFƏ1 gün

Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 04.11.2024

HƏRBİ1 gün

Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək

İQTİSADİYYAT2 gün

COP29-la bağlı növbəti monitorinqlər aparılıb

XƏBƏRLƏR12 saat

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb

HƏRBİ2 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

MANŞET2 gün

Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib

XƏBƏRLƏR2 həftə

Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb

ANA SƏHİFƏ1 ay

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda obyektdə yanğın olub

CƏMİYYƏT3 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

CƏMİYYƏT4 ay

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub

CƏMİYYƏT4 ay

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO

XƏBƏRLƏR4 ay

Qubada qanunsuz tikintinin qarşısı alınıb

XƏBƏRLƏR4 ay

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ4 ay

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ4 ay

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT4 ay

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL5 ay

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ5 ay

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR5 ay

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR5 ay

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ5 ay

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT5 ay

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT5 ay

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ5 ay

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ5 ay

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR5 ay

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ5 ay

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT5 ay

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ5 ay

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT5 ay

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ5 ay

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ5 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ5 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ5 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT5 ay

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT5 ay

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ5 ay

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

TREND