XARİCİ XƏBƏRLƏR
Dağıntılar altından çıxarılan və baxışları ilə qəlbləri kövrəldən körpənin son vəziyyəti açıqlandı
Türkiyədə əsrin fəlakəti adı ilə tarixə keçən zəlzələdən 107 saat sonra dağıntılar altından çıxarılan iki aylıq körpənin ümumi vəziyyəti yaxşıdır.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca xəbər verib.
“Hatayda 107-ci saatda dağıntılar altından xilas edilən, saatlarla aclığına baxmayaraq, sağ qalan, bütün Türkiyənin ekranlardan tanıyaraq bağrına basdığı körpəmiz Adana Şəhər Xəstəxanasındadır və sağlamlıq vəziyyəti yaxşıdır”, – deyə nazir bildirib.
Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasının baş həkiminin müavini, pediatriya mütəxəssisi Nurşah Kəskin körpənin ana və atasından hələlik məlumat olmadığını bildirib.
“Körpəmiz 5 gün dağıntılar altında qalıb. Sonradan helikopterlə xəstəxanamıza gətirildi. Ümumi vəziyyəti yaxşıdır, kəllə-beyin travması yoxdur. Heç bir əzik və ya xəsarət yoxdur. Onun bu qədər müddətə dağıntılar altında qalması, belə yaxşı olması möcüzədir. Bu, hamımızı yaxşı hiss etdirən, ümid bəxş edən, ürəyimizi isidən bir hadisədir. Körpəmiz yaxşıdır. Onun müalicəsi davam edir, səhhətinin vəziyyəti stabilləşməyib. Hələ valideynləri ilə əlaqə saxlaya bilməmişik”, – deyə o bildirib.
Digər xəbərlərə də bax
-
Ərdoğan NATO-nun baş katibilə Rusiyada baş verənləri müzakirə edib
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib
-
Adanada 4,4 maqnitudalı zəlzələ olub
-
FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır
-
Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar – FOTOLAR
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb
MANŞET
Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir
Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verib.
Bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin “Goldman Group”un rəhbəridir.
Rusiya mediasındakı xəbərlərə əsasən yerli məhkəmələr tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubl müsadirə edilib.
XARİCİ XƏBƏRLƏR
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyib
İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri – İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.
İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.
İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.
Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
XARİCİ XƏBƏRLƏR
Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib
Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış 86 yaşında vəfat edib.
ShekiMedia.az “Haber Global”a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ölüb.
Y.Yakış 2002-2003-cü illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.
O, bir sıra digər diplomatik vəzifələrdə də işləyib.