İQTİSADİYYAT
Daşkənddə Özbəkistan və Azərbaycan arasında 11 sənəd imzalanıb
Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Forumun açılış mərasimində Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində güclü stimul olduğunu vurğulayıb. Bunun nəticəsidir ki, hazırda energetika, avtomobilqayırma, nəqliyyat, kənd təsərrüfatı, neft-kimya kimi sahələrdə birgə layihələr uğurla icra olunur. Bugünkü Forum da əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli olacaq.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, işgüzar münasibətlər, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdırıb.
Bildirilib ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63 faizdən çox artım müşahidə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial vardır. Yaradılacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da iqtisadi əməkdaşlığımızda, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında əhəmiyyətli olacaq.
Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2022-ci ildə ÜDM-in 4,6%, o cümlədən qeyri-neft ÜDM-nin 9%-dən çox artığını qeyd edib.
Forumda həmçinin, ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Diqqətə çatdırılıb ki, artıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi davam edir və bu, xalqlarımız arasındakı sıx münasibətlərin daha bir bariz təzahürüdür.
Qeyd edilib ki, ölkələrimizin regionları arasında əlaqələrin inkişafı üçün imkanlar genişdir. 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu birgə təşəbbüslər üçün mühüm platformadır.
Tədbirdə investisiya layihələri barədə təqdimatlar, eləcə də “B2B” və “B2G” formatda görüşlər keçirilib.
Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb. Belə ki, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu, “Mega Invest Industrial” MMC şirkəti ilə “NABUCCO A&C” şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə “Azimut Plus” MMC arasında əməkdaşlıq üzrə Saziş imzalanıb.
Qeyd edək ki, Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan Kəngərli kəndi Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. Kənddə 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Tikintinin birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 2,3,4 və 5 otaqdan ibarət 292 fərdi ev inşa edilir.
Evlərin 292 evin hər birində torpaq, bünövrə, hörgü işləri tamamlanıb, 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır.
Kənddə həmçinin çoxfunksiyalı bina, tibb məntəqəsi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazar kompleksi tikintisi həyata keçirilir.
İQTİSADİYYAT
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Kəndin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev tikilir. Bu evlər 2,3,4 və 5 otaqlı olacaq.
Evlərin hər birində torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir. Çoxfunksiyalı bina, ailə sağlamlıq mərkəzi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazarın tikintisi aparılmaqdadır.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.09.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,3 % azalaraq 1,8727 manat, Rusiya rublunun məzənnəsi isə 0,5 % azalaraq 0,0186 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8727 |
1 Rusiya rublu | 0,0186 |
1 Avstraliya dolları | 1,1374 |
1 Argentina pesosu | 0,0018 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3003 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0950 |
100 Cənubi Koreya vonu | 0,1270 |
1 Çexiya kronu | 0,0746 |
100 Çili pesosu | 0,1803 |
1 Çin yuanı | 0,2388 |
1 Danimarka kronu | 0,2510 |
1 Gürcü larisi | 0,6306 |
1 Honq Konq dolları | 0,2180 |
1 Hindistan rupisi | 0,0202 |
1 İngilis funt sterlinqi | 2,2182 |
100 İndoneziya rupiası | 0,0110 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1637 |
1 İsveçrə frankı | 1,9924 |
1 İsrail şekeli | 0,4500 |
1 Kanada dolları | 1,2526 |
1 Küveyt dinarı | 5,5629 |
1 Qazaxıstan tengəsi | 0,0036 |
1 Qırğızıstan somu | 0,0199 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3924 |
1 Meksika pesosu | 0,0859 |
1 Moldova leyi | 0,0978 |
1 Misir funtu | 0,0351 |
1 Norveç kronu | 0,1566 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4368 |
1 Sinqapur dolları | 1,3038 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4530 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2891 |
1 Türk lirəsi | 0,0500 |
1 Tayvan dolları | 0,0529 |
1 Tacik somonisi | 0,1598 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0413 |
100 Yapon yeni | 1,1906 |
1 Yeni Zelandiya dolları | 1,0458 |
Qızıl (1 unsiya) | 4279,1380 |
Gümüş (1 unsiya) | 48,8572 |
Platin (1 unsiya) | 1633,3685 |
Palladium (1 unsiya) | 1739,5675 |