MANŞET
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib – SİYAHI
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
“İgidliyə görə” medalı ilə
Heydərov Süleyman Vaqif oğlu – mayor
“Hərbi xidmətlərə görə” medalı ilə
Feyziyev Mirəli Məmməd oğlu – polkovnik
Həsənov Taleh Rafiq oğlu – polkovnik
Hüseynov Ağali Əliəkbər oğlu – polkovnik
Səmədov Fərhad Nəriman oğlu – polkovnik
Səmədov Hikmət Vasif oğlu – polkovnik
Əligülov Elçin Vəliağa oğlu – tibb xidməti polkovniki
Əliyev Serqey Vladimiroviç – polkovnik-leytenant
Hacıyev Hikmət Məhi oğlu – polkovnik-leytenant
Nəcəfov Peyman Mehman oğlu – polkovnik-leytenant
Hüseynov Süleyman Həsən oğlu – mayor
Quliyev Adıgözəl Səməd oğlu – mayor
Quliyev Rüstəm Əlihüseyn oğlu – mayor
Ələkbərov Ələkbər Nadim oğlu – kapitan
Qədirov İlkin Namiq oğlu – kapitan
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Babayeva Hüsniyyə Vasif qızı
Bağırova Sevinc Fərman qızı
3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Əliyev Mübariz Əli oğlu – daxili xidmət polkovniki
Cəbrayılov Zaur Süleyman oğlu – daxili xidmət mayoru
Əliskəndərov Zaur Ramizoviç – daxili xidmət mayoru
İsmayılov İsmayıl Səttar oğlu – daxili xidmət mayoru
Quliyev Sadiq Natiq oğlu – daxili xidmət kapitanı
Ağayev Elnur Çingiz oğlu – daxili xidmət baş çavuşu
Əliyev Cənnət Sabir oğlu – daxili xidmət baş çavuşu
İskəndərov İsrafil Səttar oğlu – daxili xidmət baş çavuşu
Mirzəyev Nizami Yaqub oğlu – daxili xidmət baş çavuşu
Ulubəyov Vüsal İzzət oğlu – daxili xidmət baş çavuşu.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
MANŞET
Sabahın HAVA PROQNOZU – 20.10.2024
Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
İQTİSADİYYAT
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.