XƏBƏRLƏR
İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayıma başlamasından 18 il ötür
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) yayıma başladığı gündür.
Şirkətin yayıma başlamasından 18 il ötür.
Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) (indiki Audivizual Şura) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.
İctimai televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir, Avropa Yayım İttifaqının üzvüdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2022-ci ilin mayın 24-də yenidən seçilib. B.Qasımovun rəhbərliyindən sonra televiziyanın efirində rəngarənglik müşahidə olunur. Belə ki, İctimai televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub. Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını daha da genişləndirib.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.
“Report” İnformasiya Agentliyi İctimai Televiziya və Radio Yayımları Şirkətini təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 21.10.2024
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,2% artaraq 1,8462 manat, Rusiya rublunun məzənnəsi isə 1,7 % artaraq 0,0178 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8462 |
1 Rusiya rublu | 0,0178 |
1 Avstraliya dolları | 1,1396 |
1 Argentina pesosu | 0,0017 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,2986 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0965 |
100 Cənubi Koreya vonu | 0,1239 |
1 Çexiya kronu | 0,0732 |
100 Çili pesosu | 0,1782 |
1 Çin yuanı | 0,2393 |
1 Danimarka kronu | 0,2476 |
1 Gürcü larisi | 0,6249 |
1 Honq Konq dolları | 0,2188 |
1 Hindistan rupisi | 0,0202 |
1 İngilis funt sterlinqi | 2,2171 |
100 İndoneziya rupiası | 0,0110 |
100 İran rialı | 0,0004 |
1 İsveç kronu | 0,1614 |
1 İsveçrə frankı | 1,9654 |
1 İsrail şekeli | 0,4574 |
1 Kanada dolları | 1,2309 |
1 Küveyt dinarı | 5,5478 |
1 Qazaxıstan tengəsi | 0,0035 |
1 Qırğızıstan somu | 0,0199 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3951 |
1 Meksika pesosu | 0,0854 |
1 Moldova leyi | 0,0959 |
1 Misir funtu | 0,0350 |
1 Norveç kronu | 0,1555 |
100 Özbək somu | 0,0133 |
1 Polşa zlotası | 0,4287 |
1 Sinqapur dolları | 1,2964 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4526 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2664 |
1 Türk lirəsi | 0,0496 |
1 Tayvan dolları | 0,0532 |
1 Tacik somonisi | 0,1594 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0412 |
100 Yapon yeni | 1,1383 |
1 Yeni Zelandiya dolları | 1,0323 |
Qızıl (1 unsiya) | 4640,8725 |
Gümüş (1 unsiya) | 57,7839 |
Platin (1 unsiya) | 1738,6750 |
Palladium (1 unsiya) | 1852,9660 |
HƏRBİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
İQTİSADİYYAT
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.