XARİCİ XƏBƏRLƏR
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyib
İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri – İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.
İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.
İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.
Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
Digər xəbərlərə də bax
XARİCİ XƏBƏRLƏR
Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib
Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış 86 yaşında vəfat edib.
ShekiMedia.az “Haber Global”a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ölüb.
Y.Yakış 2002-2003-cü illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.
O, bir sıra digər diplomatik vəzifələrdə də işləyib.
İDMAN
“Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi bəlli olub
“Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi bəlli olub.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci olub.
“McLaren”in britaniyalı sürücüsü Lando Norris ikinci, “Mercedes”dən Luis Hemilton üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda olacaq.
XARİCİ XƏBƏRLƏR
Yüzlərlə polis Ermənistan parlamentinin binasını mühasirəyə alıb
Ermənistan parlamentinin binasına yüzlərlə polis gəlib. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək aksiyaya mane olmaq üçün cəlb ediliblər.
Bu barədə TASS məlumat yayıb
Polis parlament binasına tikanlı məftil də gətirib. N.Paşinyan hazırda parlamentdədir. Onun hökumət saatında iştirak edəcəyi gözlənilir.