CƏMİYYƏT
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinin daxili yollarının tikintisini davam etdirir.
Şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub.
Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.
Ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.
Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.
Bundan başqa küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir.
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 15.11.2024
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, sabah mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
CƏMİYYƏT
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 802 vahid artıb və bu il oktyabrın 1-nə 1 871 717 olub.
Qurumdan verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 445 682 vahid artaraq 985 604 təşkil edib.
“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
CƏMİYYƏT
BÜRCLƏR – 14.11.2024
Qoç – Mühüm saydığınız işdə aktiv olun. Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.
Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.
Buğa – Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin. Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.
Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.
Səhhətinizə fikir verin.
Əkizlər – İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.
Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.
Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.
Xərçəng – Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.
Pozitiv olsanız, yaşam asanlaşar.
Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.
Axşam saatlarını ailə üzvlərinə ayırın.
Şir – Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.
Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.
Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin. Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.
Qız – Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun. Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.
Fikir ayrılıqları yaranmayacaq.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.
Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.
Tərəzi – Yaşananlar sizi narahat edir. Qıcıq bu günün ən güclü emosiyasına çevrilməsin. Mənfi hisslərin öhdəsindən gəlməyi bacarın. Situasiyada müsbət dəyişikliklər etmək olar. Etibar etdiyiniz şərik və ya tərəfdaş sizə yardım edəcək.
Günün ikinci yarısında spontan etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunası məsələlər var. Lakin mürəkkəb, ağır söhbət üçün əlverişli zaman deyil. Yalnız təxirəsalınmaz, aktual nüanslar barədə danışın.
Əqrəb – Yeni kəşflər zamanıdır. Darıxdığınız, görmək istədiyiniz insanlardan xoş xəbər alacaqsınız. İndiyədək tətbiq etmədiyiniz bacarıqlarınızı reallaşdırın.
Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Yeni müttəfiqlər sizə yardım etməyə hazırdırlar.
Günün ikinci yarısında yaşlı qohumlarla təmaslarda diqqətli olun. Bu gün münasibətlər korlanarsa, inciklik uzun çəkə bilər. Axşam saatlarında əhvalınızda problemlərin yaranması istisna deyil. Zökəm və soyuqdəymə riski var.
Oxatan – İşgüzar məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Kommersiya baxımından perspektiv məsələlərdə aktiv olun. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Buna rəğmən yeni variantları diqqətlə dəyərləndirin.
Bir qədər sonra fərqli layihənin icrasına başlamaq və yeni biznesə start vermək olar.
Günün ikinci yarısında potensial müttəfiqlərin imkanlarını dəyərləndirin. Şirin vədlər verərək sizi tələyə salmağa can atan insana inanmayın.
Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mövqelərinizi həddən artıq sərt müdafiə etməyin. Düşünülməmiş sözlər söyləməyin. Sonradan peşman ola bilərsiniz. Qohumlardan birinin xətrinə dəyməyin.
Oğlaq – Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Xoş sürpriz, qəfil uğur istisna deyil. Son vaxtlar sizi narahat edən problemin həlli asanlıqla tapılacaq. Yeni planlar formalaşır. Onların sayəsində gələcəyə nikbin baxacaqsınız.
Günün ikinci yarısında ev işləri və ailə qayğılarını qulaqardına vurmayın. Şəraitdə dəyişikliklər edin. Nüanslara fikir verin. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, axşam saatlarını evdə keçirməyin.
Dolça – Tələskənliyə yol verməyin. Qərarlarınız və həyata keçirdiyiniz layihə yaxşı düşünülmüş olmalıdır. Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər.
Şəxsi münasibətlərdəki problemi həll etməyə çalışanda köhnə tanışlardan birinə müraciət etməkdən çəkinməyin. Onlar sözünüzü qəribliyə salmayacaqlar.
Günün ikinci yarısında xoş təəssürat oyatmağa can atdığınız insanla görüşün. Təbii davranın, olduğunuzdan yaxşı görünməyə çalışmayın. Unutmayın ki, səmimiyyət qəlbləri fəth edir.
Axşam saatlarında gəzintiyə yollanın.
Balıqlar – Mühüm görüş olacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bunun üçün xüsusi səy göstərməyə lüzum yoxdur. Rəsmi tədbirə, dəvət aldığınız məkana qayıtmaq üçün pis gün deiyl.
Düşünülməmiş sözlər deməyin. Əməlləriniz anlaşılmazlıq yaratmasın.
Günün ikinci yarısında yeni maraqlar və ideyalar formalaşacaq. Məlumatlarınızı artırın. Axşam saatları romantik görüş üçün əlverişlidir.
Sabahın HAVA PROQNOZU – 15.11.2024
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)
BÜRCLƏR – 14.11.2024
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
BÜRCLƏR – 07.11.2024
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2024)
BÜRCLƏR – 06.11.2024
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib
FHN COP29 ilə əlaqədar müşavirə keçirib
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Sabahın HAVA PROQNOZU – 06.11.2024
Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub
DİN hüquqşünasları işə dəvət edir
COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib
Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub
Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2024)
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır
BÜRCLƏR – 05.11.2024
Şəkidə “Zəfərin mübarək, Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib
Şəkinin bu kəndində qaz təchizatında fasilə yaranıb
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib
İntizam pozuntularına görə bir vəkilin fəaliyyəti dayandırılıb
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib
Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO
Bakıda obyektdə yanğın olub
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO
Qubada qanunsuz tikintinin qarşısı alınıb
FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO
Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO
Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ
Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO
Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR
Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO
MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO
TREND
-
CƏMİYYƏT23 saat
BÜRCLƏR – 14.11.2024
-
CƏMİYYƏT10 saat
Sabahın HAVA PROQNOZU – 15.11.2024
-
XƏBƏRLƏR15 saat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)
-
İDMAN12 saat
İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
-
RƏSMİ XRONİKA12 saat
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
-
RƏSMİ XRONİKA12 saat
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
-
SİYASƏT12 saat
Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
-
SİYASƏT11 saat
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub