CƏMİYYƏT
Meyvə bağları, əkin sahələri təhlükə altında… – VİDEO
Qonşu Gürcüstan Respublikasından yük maşınları vasitəsi ilə keçdiyi guman edilən qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid 300-dən çox bitki ilə qialanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur.
Meyvə bitkilərindən daha çox fındıq, alma,armud, xurma, sitrus meyvələri, o cümlədıən bir çox tərəvəz bitkiləri, te3xniki bitkilər və ağaclara ziyan vura bilir. Bir dəfəyə 300-dək yumurta qoymaq qabiliyyətinə malik bu həşarat bağ və bostanlarda məhsulun keyfiyyətinə zərər vurduğu kimi, ümumi məhsuldarlığı da 80-90 faizədək aşağı salır.
Son 4 ildə zərərvericinin ölkəyə keçmə təhlükəsini nəzərə alınaraq, qonşu Gürcüstanla sərhəd ərazilərə fenomen tələlər quraşdırılıb, vaxtaşırı bağ və əkin sahələrində manitorinqlər keçirilib. Ancaq aparılan bütün tədbirlərə baxmayaraq son bir ayda kütləvi rast gəlinən bu həşarat bölgənin ən ixracyönümlü məhsullarından sayılan fındıq, qoz, tütün, eləcə də qarğıdalı kimi vacib qida məhsullarını təhülkə altına salıb. Aidiyyatı qurumlarla yanaşı, əhali də mexaniki mübarizə tədbirlərinə qoşulmalı, həşaratın kütləvi çoxalmasına və yayılma arenasının artmasına əllərindən gəldikcə əngəl olmalıdırlar.
Bu məqsədlə AQTA Şəki Regionl bölməsi əməkdaşlarının keçirdiyi maarifləndirici tədbirlərdə sakinlərə həşarat və onunla mexaniki mübarizə tədbirləri barədə geniş məlumat verilib. Qeyd edək ki, sözügedən həşarat 2010-cu ildə ABŞ-ın bəzi Ştatlarında alma məhsuluna 37 milyon dollar, 2016-cı ildə Gürcüstanda fındıq istehalına 53-59 milyon dollar, 2017-2019-cu illərdə isə Türkiyədə fındıq bitkisinə 1 milyard dollaradək zərər vurub. Bu baxımdan həşaratla təkcə mexaniki mübarizə tədbirləri yetərli olmayacaq. Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət nəzərə alınaraq daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.