Bizə qoşulun

CƏMİYYƏT

Mingəçevirdə Şəhid anasının telefonunu və pulqabısını oğurlayan şəxs tutulub – FOTO

Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanından iki şəhid övladının məzarlarını ziyarətə gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs tərəfindən oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

     
Davamına bax

CƏMİYYƏT

BÜRCLƏR – 07.11.2024

Qoç – günün ilk yarısı pis deyil. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz. Problemlərin çözülməsinə başlayın. Aktiv və enerjili olun. Yaxın ətrafınızdakı insanları yeni layihəyə cəlb edin.

Günün ikinci yarısında maraqlı macəra istisna deyil. Yaxın gələcəyinizi planlaşdıranda detalları nəzərə alın, praqmat olun. Normal təklif alsanız, dinləyin. Təşəbbüskarlıq pis deyil.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Buğa – günün ilk yarısında əhvalınız pis olmayacaq. Yeni tanış maraqlı həmsöhbət olacaq. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin. Dinləməyi bacarın. Çoxsaylı faydalı məlumatlar alacaqsınız. Yeni işə başlamaq olar.

Günün ikinci yarısında münaqişə riski artır. Mübahisəyə qatılmayın. Mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hüquqlarınızdan yararlanın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə dözümlü olun. Mənəvi və fiziki ağrılardan qorunmaq üçün həssas davranın.

Əkizlər – müxtəlif miqyaslı və profilli məsələlərin həlli üçün əlverişli zamandır. Planlaşdırma, danışıqlar, müzakirələr və eksperimentlər üçün aktiv olun, süstlüyə qapılmayın. Başladığınız hər işdə gərəkli nəticəyə can atın. Sonuclar pis olmayacaq.

Günün ikinci yarısında səmimi, soyuqqanlı və qayğıkeş olun. Sevdiyiniz insan sizi sevindirmək istəyəcək. Məqsədə çatmaq üçün qətiyyətli davranmaq gərəkdir. Yeni tanışlarla təmasda diqqətli olun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng – kiçik narahatlıq və gərginlik olacaq. Gün pis deyil. İstirahət və əyləncə zamanı deyil. Başa çatdırılmasını tələb edən işlər var. Önəmli məsələni həll etməyə imkan verən telefon zəngini unutmayın. Həddən artıq gərgin çalışmayın.

Günün ikinci yarısında enerjinizi effektiv nəticə əldə edə biləcəyiniz işə yönəldin. Alış-verişdə texnika, avadanlıq almaq olar. Qacetlər istisna deyil. Avtomobil üçün aksessuarlara pul xərcləməyin.

Axşam saatlarını ailə üzvləri, sevdiyiniz insanlarla keçirin. Gərgin fəaliyyətdən sonra istirahətə ehtiyacınız var.

Şir – günün ilk yarısı sürprizlər və xoş hadisələrlə zəngin olacaq. İşlərin tempini azaltmayın. Niyyətlərinizlə arzularınızı həyata keçirin. Sevincinizi dəyər verdiyiniz insanlarla bölüşün.

Günün ikinci yarısında şəxsi münasibətlərdə zəruri dəyişikliklər və yeniliklər edə bilərsiniz. Tanışlıqlar sürətlə baş tutacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Söhbətin təşəbbüskarı olun. Bir müddət sonra yeni tanış sizə tərəfdaş təklif edəcək.

Axşam saatlarını evdən kənarda keçirin.

Qız – məişət məsələləri ilə məşğul olun. Ailədəki problem həllini tələb edir. Ağır işlərdən yayınmayın. Bu proseslər sizi yormayacaq. Yardıma ehtiyac duyan insana kömək etməyi unutmayın.

Yaxınlarınıza diqqət və qayğınız, yaxşı tanımadığınız insanlara səmimi münasibətiniz cavabsız qalmayacaq. Minnətdarlıq sözləri eşidəcəksiniz.

Günün ikinci yarısında önəmli olayın bilaixtiyar iştirakçısına çevriləcəksiniz.

Axşam saatları sevdiyiniz insanla ünsiyyət üçün münasibdir. Münasibətlərinizi daha səmimi edin.

Tərəzi – emosional baxımdan asan gün deyil. Gərginlik hiss edəcəksiniz. Kiçik problemlər təcili, təxirəsalınmaz həll tələb edir. Çətinliklərin çözülməsinə nə qədər tez başlasanız, işləri bir o qədər tez başa vurarsınız. Bütün işləri eyni vaxtda görmək mümkün deyil.

Günün ikinci yarısında ikinci dərəcəli işləri ertələyin, mühüm saydığınız məsələ ilə məşğul olun.

Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artır. Əks cins mənsubları ilə münasibətlərinizdə problemlər yaratmayın. Ümid və niyyətlərinizdən danışmaqdan çəkinməyin. Planlarınızı inandığınız insanlarla bölüşə bilərsiniz. Qarşı tərəfin gözləntilərindən xəbər tutun.

Əqrəb – ağır, çətin zamandır. Əhvalınızı korlamamaq, yaxınlarınızın könlünə dəyməmək üçün səbrli və təmkinli olun. Səhər saatlarından etibarən kobud və sərt danışmayın. Sizi dəstəkləmək istəyən insanların yardımlarını rədd etməyin. Mümkün qalmaqal və mübahisələrdən yayınmaq üçün soyuqqanlı olun.

Günün ikinci yarısında əhvalınız korlana bilər. Aqressivlik əsla məsləhət deyil.

Sevdiyiniz insanla qarşılaşa bilərsiniz. Restorana yollanın, istirahət edin. Xoşagəlməz situasiyanı və qarşılıqlı iradları unudun.

Oxatan – birmənalı gün deyil. Pozitiv təmayüllər olsa da, sərt tənqidlər eşidəcəksiniz. Ünsiyyətdən yayınmayın. Yaxınlarıınızın, ailə üzvlərinizin ünvanına sərt sözlər deməyin.

Uşaqlıq etməyin, inadkar davranmayın. Məqsədə çatdığınızı düşünüb erkən sevinməyin. Təhlükəli situasiyaya düşə bilərsiniz. İfrat qətiyyətiniz ətrafınızdakı insanları usandıra bilər.

Günün ikinci yarısında proseslərdən bir qədər kənarlaşın, istirahət edin. Davranışınıza fikir verin. Nüfuzunuza zərbə vuracaq addımlar atmayın.

Axşam saatlarında vaxtınızı normal keçirin, istirahət edin. Yaxşı tanıdığınız insanlarla təmaslara üstünlük verin.

Oğlaq – günün ilk yarısında işlərinizdə nizam yaradın. Əlverişli situasiyadan bəhrələnməyə çalışın. Mühüm layihəyə başlamaq, yeni tanışlığa başlamaq olar. Yaşamınızda peyda olan yeniliyi dəyərləndirin.

Uğurlarınız sizi sevindirəcək. Toplantı və konfransa qatılmaq olar.

Günün ikinci yarısında yorğurluq hissindən qurtula bilərsiniz. Cansıxıcı işlərdən imtina etməyin. Yaşanan olaylara normal reaksiya verin.

Axşam saatları alış-veriş üçün əlverişlidir. Yaşam arealınızı daha rahat və gözəl edə bilərsiniz. Sevdiyiniz insanın qayğısına qalın.

Dolça – intensiv və aktiv çalışın. Əyləncə, istirahətlə bağlı fikirləri müvəqqəti ertələyin. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanı çatıb. Tələsik qərar verərək səhv etməyin.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün faydalı deyil. Sakitliyə, rəvanlığa ehtiyacınız var. Səlis davranın, ətrafınızda baş verən hadisələrə fikir verin. Sərvaxt olsanız, sizə qarşı hazırlanan yeni oyundan vaxtında xəbər tuta bilərsiniz.

Balıqlar – yeni tərəfdaş və ya müttəfiq aramaq üçün yaxşı zamandır. Möhkəm və uzunmüddətli əlaqələrinizin yaranacağı insanla qarşılaşmağınız istisna deyil. Ünsiyyətdə həssas, diqqətli olun. Xırdalıqlara fikir verin.

Günün ikinci yarısında sükan arxasında, yaxud yolda çox vaxt keçirmək məsləhət deyil. Səhhətinizə fikir verin. Ağrılar istisna deyil.

Başağrıları ola bilər.

     
Davamına bax

CƏMİYYƏT

BÜRCLƏR – 06.11.2024

Qoç – peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın.

Günün ikinci yarısında həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır.

Şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın.

Qarşılıqlı anlaşmaya nail olmağa can atın.

Buğa – peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz.

Günün ikinci hissəsində şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun.

Ünsiyyətdə harmoniyaya nail olun.
Əkizlər – günün ilk yarısı hadisələrlə zəngindir. Situasiya sizin üçün faydalıdır. Zamanınızı dəyərləndirin. Məhsuldar işləyin. Yaranmış problemləri həll etməyə çalışın. Dostlarla ünsiyyət zamanı önəmli məsələləri müzakirə edə bilərsiniz.

Günün ikinci yarısında aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın.

Sevdiyiniz insanla münasibətlərdə axşam saatlarında problemlər yarana bilər. Azadlıq və müstəqilliyinizi aqressiv şəkildə qorumayın.

Xərçəng – günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində perfeksionizmə qapılmayın. Nəticələrin hamısından narazı qalaraq bədbinliyə qapılmayın. Görülən işləri yenidən yerinə yetirmək məntiqi deyil. Yardım təkliflərini qulaqardına vurmayın.

Baş verənlərə ayıq nəzər salın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətləri kəskinləşdirməyin. Şübhə və ya qısqanclığa yer yoxdur. Tamahkar davranmayın. Bir qədər soyuqqanlı olun, insanların reaksiyalarına fikir verin.

Problemləri müzakirə etməyə dəyər.

Şir – aktiv, enerjili olun. Peşəkar fəaliyyət sahəsində bilik və bacarıqlarınızı maksimum dərəcədə nümayiş etdirməyə çalışın. Qərarlarınıza düşünüb-daşınandan sonra açıqlayın. Belədə tərəfdaş və şəriklərinizin nəzərində nüfuzunuz artacaq. Yaxın gələcəklə bağlı planları ciddi müzakirə etmək gərəkdir.
Günün ikinci yarısında kömək və dəstəyə ehtiyacınız var. Yaxınlarınızla daha çox vaxt keçirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız – fəaliyyət sahəsində özünüzü normal, səbatlı hiss edin. Səlahiyyətlərinizi yaxşı, vaxtında yerinə yetirin. Həmkarlarınızın yardıma ehtiyacı olarsa, onlara yardım edin. Adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız.

Narahat olmayın, əməllərinizin sonucundan razı qalacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Münaqişənin təşəbbüskarı olmayın. Tərəfdaş və ya şəriklə ünsiyyətdə həssas olun, onunla laqeyd davranmayın. Yeni tanışlıq ehtimalı azdır.

Rəğbət bəslədiyiniz şəxsin ürəyini qırmayın.
Tərəzi – peşəkar fəaliyyət sahəsində yeni tərəfdaş və ya şərik tapmaq asan deyil. Kollektivdə çalışmaq ağırlaşır. Yaxın ətrafınızdakı insanlar arasında sizi dəstəkləməyənlərin sayı artacaq.

Məsləhətlərinizdə ehtiyatlı olun.

Günün ikinci yarısında başqalarının işlərini görməyə çalışmayın. Öz işinizi keyfiyyətlə görün, yetər.

Münasibətlərdə harmoniya yarana bilər. Emosiyalara uymayın, hisslərinizi cilovlayın. Yaxınlarınızı dəstəkləyin. Bununla belə, ətrafınızdakı insanlara həddən ziyadə inanmayın. Deyilən hər sözü həqiqət saymayın.

Sevdiyiniz insan belə, vədlərindən birinə əməl etməyə bilər.

Əqrəb – işdə vaxtınızı boşuna keçirməyin. Yeni biliklər, təcrübə və bacarıqlar əldə olunması üçün münasib zamandır. Vaxtdan istifadə edərək yaşlı həmkarlar və ya təcrübəli tanışlardan fadyalı biliklər əxz edin. İşə yeni başlayan, prosesə təzəliklə qoşulan insana dəstək olun.

İşdə həmkarlarla münasibətləri yaxşılaşdırın.

Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə diqqətli olun. Hisslərinizi cilovlayın. İntuisiyanız kəskinləşəcək. Tərəfdaşlarla daha sıx əlaqələr qurun. Məqsədə çatmaq istəyirsinizsə sürətlə, qətiyyətlə irəliləyin.

Axşam saatlarına yaxın şanslarınız artacaq.

Oxatan – karyera problemlərini həll etməyə tələsməyin. İşdə rəhbərliklə münasibətləri gərməyin. Şəxsi məziyyətlərini ön plana çəkməyin. Aqressiv, impulsiv olmayın. Güzəştə getməyi, soyuqqanlı davranmağı bacarın.

Əks təqdirdə ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında səhvlərinizi etiraf etməyi bacarın. Belədə ətrafdakılar da sizə anlayışla yanaşacaqlar. Tərəfdaşlarınız arasında yeni simaların rəğbətini qazanmağa can atın.

Sevdiyiniz insanla axşam saatlarında fikir ayrılığının yaranmaması üçün “müxtəlif dillər”də danışmayın. Tarıma çəkilmiş əsəblərinizi normal səviyyəyə çatdırın. Fərqli mövqeli insanları səbrlə dinləyin, onların sözlərindən bəhrələnməyə çalışın.

Oğlaq – təşəbbüs və təkliflərlə çıxış etmək üçün yaxşı zaman deyil. Dediklərinizi qulaqardına vuracaq, ciddi saymayacaqlar. Qərar verməzdən və ya önəmli addım atmazdan əvvəl yaxşıca fikirləşin.

Planlarınızı təhlil, ideyalarınızı müzakirə edin. Arqumentləri qiymətləndirin.

Günün ikinci yarısında ideyalarınızdan birindən praktiki mənfəət əldə etməyə çalışın. Rutin və ənənəvi işləri tənbəllik etmədən yerinə yetirin. Kiçik fasilələr etmək olar.

Axşam saatlarına yaxın əhvalınız pisləşərsə, görüşü təxirə salın. Hisslər barədə danışmaq, hədiyyə alıb hədiyyə verməklə yanaşı, söhbət etməyə çətinlik çəkəcəksiniz.

Sevdiyiniz insanla səmimi, qayğıkeş olun.
Dolça – işgüzar təmaslar və danışıqlar üçün yaxşı gündür. Qətiyyətli olun, fikirlərinizə və planlarınıza qarşı tərəfi inandırmağa çalışın. Tərəfdaş və şərikləriniz sizə həvəslə yardım edəcəklər. Aktivliyiniz bəhrəsini verəcək. Yeni ideyalarınızı gizlətməyin, danışın.

Günün ikinci yarsında işdə rəhbərliklə danışıqlar aparmaq olar. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Karyeranızı düşünməyin zamanıdır.

Əks cins mənsubları ilə təmaslarda həssas, qayğıkeş olun.

Axşam saatları əlverişlidir. Kefiniz kök olacaq.

Balıqlar – bütün diqqəti işə yönəldin. Aktiv olun, məhsuldar fəaliyyətə can atın. Situasiya əlverişsiz olsa da, maraqlarınızı təmin edin. Orijinal ideya istisna deyil. Həmin ideyanı həyata keçirməyə can atın.

Günün ikinci yarısında çətin zamandır. Müsbət təmayüllərin təsiri azalacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamaq istəmirsinizsə, soyuqqanlı və təmkinli olun.

Axşam saatlarına yaxın sevdiyiniz insana yardım edin, amma ona təzyiq göstərməyə can atmayın. Emosiyalarınız kontrolda olmalıdır. Ən kiçik diqqət nişanəsi qarşı tərəfi sevindirə bilər.

     
Davamına bax

Facebook

CƏMİYYƏT4 gün

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 07.11.2024

İQTİSADİYYAT5 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2024)

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 06.11.2024

SİYASƏT5 gün

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub

XƏBƏRLƏR5 gün

DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib

XƏBƏRLƏR5 gün

FHN COP29 ilə əlaqədar müşavirə keçirib

MANŞET5 gün

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb

CƏMİYYƏT6 gün

Sabahın HAVA PROQNOZU – 06.11.2024

XƏBƏRLƏR6 gün

Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

İDMAN6 gün

Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub

CƏMİYYƏT6 gün

DİN hüquqşünasları işə dəvət edir

XƏBƏRLƏR6 gün

COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq

XƏBƏRLƏR6 gün

FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib

XƏBƏRLƏR6 gün

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO

CƏMİYYƏT6 gün

Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub

CƏMİYYƏT6 gün

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

RƏSMİ XRONİKA6 gün

İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏRLƏR6 gün

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

İQTİSADİYYAT6 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2024)

XƏBƏRLƏR6 gün

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 05.11.2024

CƏMİYYƏT6 gün

Şəkidə “Zəfərin mübarək, Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib

CƏMİYYƏT6 gün

Şəkinin bu kəndində qaz təchizatında fasilə yaranıb

XƏBƏRLƏR6 gün

Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib

XƏBƏRLƏR6 gün

İntizam pozuntularına görə bir vəkilin fəaliyyəti dayandırılıb

XƏBƏRLƏR6 gün

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb

XƏBƏRLƏR6 gün

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

MANŞET6 gün

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

HƏRBİ6 gün

Zakir Həsənov slovakiyalı həmkarı ilə hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib

XƏBƏRLƏR6 gün

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ELM VƏ TƏHSİL6 gün

ADPU-nun Şəki filialında növbəti praktik seminar təşkil olunub

İDMAN6 gün

Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib – FOTOLAR

HƏRBİ6 gün

Xanlar Vəliyev hərbi qulluqçularla görüşüb

HƏRBİ6 gün

Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib

XƏBƏRLƏR6 gün

FHN-in regional mərkəzlərində ağacəkmə aksiyaları keçirilib

İQTİSADİYYAT6 gün

Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq

XƏBƏRLƏR7 gün

İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

HƏRBİ7 gün

Ötən həftə azad olunan ərazilərdə 237 mina zərərsizləşdirilib

MANŞET7 gün

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub – FOTOLAR

XƏBƏRLƏR6 gün

FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib

XƏBƏRLƏR6 gün

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO

XƏBƏRLƏR6 gün

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb

HƏRBİ1 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

MANŞET1 həftə

Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib

XƏBƏRLƏR3 həftə

Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb

ANA SƏHİFƏ2 ay

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda obyektdə yanğın olub

CƏMİYYƏT3 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

CƏMİYYƏT4 ay

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub

CƏMİYYƏT4 ay

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO

XƏBƏRLƏR4 ay

Qubada qanunsuz tikintinin qarşısı alınıb

XƏBƏRLƏR5 ay

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ5 ay

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ5 ay

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT5 ay

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ5 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL5 ay

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ5 ay

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR5 ay

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR5 ay

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ5 ay

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT5 ay

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT5 ay

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ5 ay

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ5 ay

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR5 ay

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ5 ay

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT5 ay

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ5 ay

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT5 ay

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ5 ay

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ6 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ6 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ6 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT6 ay

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

TREND