SİYASƏT
MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.
Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.
Beləliklə, MSK-da ümumilikdə 25 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.
Digər xəbərlərə də bax
SİYASƏT
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Milli Məclisə sentyabrın 1-nə təyin edilən növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Bu barədə hakim partiyadan məlumat verilib.
Müşavirədə partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülən işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
SİYASƏT
XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiya dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
XİN-in sosial şəbəkə hesablarında bununla bağlı paylaşım olunub.
MANŞET
Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib.
Sədrin sözlərinə görə, 532 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
“451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb”, – deyə M.Pənahov vurğulayıb.