ELM VƏ TƏHSİL
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.
Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d’k davam edəcək.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
DİM 7 iyulda keçiriləcək qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət edib
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.
Bu barədə DİM-dən bildirilib.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.
BANM-dan verilən məlumata görə, layihənin rəhbəri təhsil olacağının Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.
Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
ELM VƏ TƏHSİL
Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub
Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları iyunun 28-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub.
Ali məktəbdən verilən məlumata görə, prokurorluq əməkdaşları tarixi Qazax Müəllimlər Seminariyasının muzeyi ilə tanış olub və onlara təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Nəzərə çatdırılıb ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. Hazırda Mərkəzdə tədrisə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər.
Prokurorluq əməkdaşları tələbə-müəllim heyəti ilə söhbət edib, onlarla səmərəli fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotoşəkli çəkilib.