MANŞET
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin noyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
S/n | Qəbulun keçirildiyi
şəhər, rayon |
Əhatə olunan
şəhər və rayonlar |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyi
gün |
1. | Xaçmaz | Xaçmaz, Şabran, Siyəzən | ədliyyə naziri
Fikrət Məmmədov |
03 |
2. | Göyçay | Göyçay, Ağdaş | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Ruslan Əliyev |
10 |
3. | Ağcabədi | Ağcabədi, Ağdam, Laçın | kənd təsərrüfatı naziri
İnam Kərimov |
11 |
4. | Göygöl | Göygöl, Gəncə, Naftalan, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Kəlbəcər, Xocalı | rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 11 |
5. | Beyləqan | Beyləqan, Füzuli, Xocavənd | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Zaur Mikayılov |
11 |
6. | Şəmkir | Şəmkir, Gədəbəy | “Azərişıq” ASC-nin sədri
Vüqar Əhmədov |
17 |
7. | Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Yevlax, Ağcabədi, Tərtər, Laçın | Ali Məhkəmənin sədri
Ramiz Rzayev |
18 |
8. | Bərdə | Bərdə, Tərtər | energetika naziri
Pərviz Şahbazov |
18 |
9. | Astara | Astara, Lənkəran, Lerik | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov |
18 |
10. | Ağcabədi | Ağcabədi, Ağdam, Laçın | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Zaur Əliyev |
18 |
11. | Sumqayıt | Sumqayıt, Qubadlı | Baş prokuror
Kamran Əliyev |
22 |
12. | Sabirabad | Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı |
23 |
13. | Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Ağcabədi, Laçın | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 23 |
14. | Masallı | Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Arzu Rəhimov |
24 |
15. | İsmayıllı | İsmayıllı, Şamaxı, Ağsu, Qobustan | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 24 |
16 | Sumqayıt | Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan | daxili işlər naziri
Vilayət Eyvazov |
25 |
17 | Salyan | Salyan, Neftçala | ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 25 |
18. | Şəki | Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən | elm və təhsil naziri
Emin Əmrullayev |
25 |
19. | Qəbələ | Qəbələ, İsmayıllı | əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev |
25 |
20. | Gəncə | Gəncə, Samux, Kəlbəcər | fövqəladə hallar naziri
Kəmaləddin Heydərov |
25 |
21. | Samux | Samux, Gəncə, Kəlbəcər | gənclər və idman naziri
Fərid Qayıbov |
25 |
22. | Neftçala | Neftçala, Salyan | iqtisadiyyat naziri
Mikayıl Cabbarov |
25 |
23. | Füzuli (Horadiz şəhəri) | Füzuli, Beyləqan, Xocavənd | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Şahin Bağırov |
25 |
24. | Qax | Qax, Şəki | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən
Köçərli Həsənov |
25 |
25. | Şamaxı | Şamaxı, Ağsu, Qobustan | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
İlham Mirzəliyev |
25 |
26. | Ağdaş | Ağdaş, Göyçay | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova |
28 |
27. | Yevlax | Yevlax, Mingəçevir, Bərdə, Tərtər | mədəniyyət naziri
Anar Kərimov |
29 |
28. | Qəbələ | Qəbələ, Oğuz | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev |
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.